Previous Next
Bağla

Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

12-07-2019 11:30
Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

Xeberler.az bildirir ki, lak Məsələləri Dövlət Komitəsinin hazırladığı Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri paytaxtın Baş Planının yaradılmasında əsas mənbə kimi istifadə olunacaq. Qeyd edilməlidir ki, Bakı şəhərinin elektron kadastr məlumatları əmlaklarla, torpaqlarla bağlı dəqiq və müfəssəl göstəriciləri özündə cəmləşdirdiyindən Baş Planın hazırlanmasında mühüm baza rolunu oynayacaq.

Qabaqcıl dünya təcrübəsinə istinad edən beynəlxalq və yerli ekspertlər işlərin müvəffəqiyyətli icrasını təmin etmək məqsədi ilə hazırlanacaq Baş Planın mövcud rəqəmsal kadastr xəritələri üzərindən qurulmasını məqsədəuyğun hesab edirlər. Odur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin kadastr məlumatlarının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasına inteqrasiyasına start verildi. Bununla bağlı iyulun 12-də hər iki qurumun, Baş Planın hazırlanmasında iştirak edən şirkətin, eləcə də media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbir ötən ildə iki qurum arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində reallaşıb.

Tədbirdə Bakı şəhərinin Baş Planın hazırlanması və elektron kadastr məlumat bazası barədə təqdimatlar olub. Azərbaycanda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir dünya təcrübələrinə əsaslanan elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri formalaşdırılır. Kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkəmizin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir.

Bakı şəhəri də ölkəmizdə mükəmməl elektron kadastr məlumat bazasına, rəqəmsal kadastr xəritələrinə sahib olan ilk şəhərlərdəndir. Bakının Baş Planının hazırlanmasında əsas istinad edilən bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikilinin ünvanı, mərtəbəliliyi, qaz, işıq, su ilə təminat vəziyyəti, tikintialtı sahəsi, perimetri, koordinatları, tikinti materialları barədə müfəssəl məlumatlar toplanıb. Bu bazada torpaq, yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən yerüstü mühəndis-kommunikasiya xətləri, təhsil, səhiyyə, məişət obyektləri barədə müfəssəl məlumatlar öz əksini tapır. Həmçinin mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatlar, təyinatlar yerləşib. 

Bu inteqrasiya Bakının Baş Planının hazırlanması prosesini daha da sürətləndirəcək,  daşınmaz əmlak idarəçiliyi, inkişaf planlaşdırılması və şəhər təsərrüfatının səmərəli, rasional, operativ idarəedilməsi baxımından əsas rol oynayacaqdır. Həmçinin məlumatların inteqrasiya olunması xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Belə məlumatların əldə olunması görülən işlərin effektivliyini artırır. 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019
Bakının elektron kadastr məlumat bazası yaradılıb

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015
Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015
Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017
Regionlarda torpaqlar elektron uçota alınır

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017
37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019
Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019
Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018
14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018
Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017
Ölkədə  4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017
Elektron kadastr uçot işlərinə başlanıldı

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018
Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

22-09-2015
Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

22-02-2017
Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

25-09-2013
Vətəndaşlar kadastrla bağlı xidmət haqqını və dövlət rüsumunu Kadastr kalkulyatoru ilə öyrənə bilər

Vətəndaşlar kadastrla bağlı xidmət haqqını və dövlət rüsumunu Kadastr kalkulyatoru ilə öyrənə bilər

30-01-2019
14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018
Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018
Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015
Bölgələrin e-kadastr bazasının yaradılması sürətləndiriləcək

Bölgələrin e-kadastr bazasının yaradılması sürətləndiriləcək

10-03-2015
Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022
Bakıda AzPOS informasiya sisteminin ictimai təqdimatı keçirilib

Bakıda AzPOS informasiya sisteminin ictimai təqdimatı keçirilib

02-07-2019
İçərişəhərdə rəqəmsal kadastr platforması yaradılır

İçərişəhərdə rəqəmsal kadastr platforması yaradılır

22-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə