Previous Next
Bağla

Bakıda AzPOS informasiya sisteminin ictimai təqdimatı keçirilib

02-07-2019 10:55
Bakıda AzPOS informasiya sisteminin ictimai təqdimatı keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 2-də “AzPOS – Real Time GNSS xidməti: dəqiqlik, fasiləsizlik və etibarlılıq” mövzusunda İctimai təqdimat keçirib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə kənd təsərrüfatı, neft sənayesi, nəqliyyatın intellektual idarə edilməsi, o cümlədən geodeziya və digər sahələrdə fəaliyyət göstərən dövlət qurumlarının, şirkətlərin nümayəndələri iştirak ediblər.

Təqdimatın əsas məqsədi AzPOS sistemi haqqında ümumi anlayış, göstərdiyi xidmət növləri, onların üstünlükləri, o cümlədən tətbiq sahələri, xidmətin faydaları haqqında məlumat verməkdir. Eyni zamanda sistemdən istifadə edənlərin sayını artırmaq da əsas vəzifələrdəndir.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yer quruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoru Fərid Cəfərov qeyd edib ki, hazırda Azərbaycanda 37 stansiya mövcuddur. AzPOS xidmətlərinin 300-ə yaxın istifadəçisi var. Azərbaycan ərazisində real vaxtda üfüqi səviyyədə ± 2 sm və şaquli səviyyədə ± 4 sm dəqiqliklə mövqeyi göstərməyə imkan verən sistem vasitəsilə çöl-ölçmə işləri aparmaq istəyən şirkətlərə, avtomobil və ya dəmir yolları, su və kanalizasiya, neft kəmərlərinin çəkilişi ilə məşğul olan qurumlara kadastr xidmətləri göstərilir.

Həmçinin faydalı qazıntıların çıxarılması zamanı dağ-mədən sənayesinin daimi müşahidələrində, xətti obyektlərin, bəndlərin və su anbarlarının, eləcə də seysmik dəyişikliklərə məruz qalan ərazilərin hərəkətinin monitorinqlərində də sistemdən istifadə edilir.

AzPOS Azərbaycan ərazisində kadastr-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir. Bu stansiyalar Azərbaycan ilə Dünya Bankının birgə həyata keçirdiyi “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində quraşdırılıb. AzPOS şəbəkəsi məlumatları real vaxt rejimində Differensial Qlobal Naviqasiya Peyk sistemi vasitəsi ilə emal etdikdən sonra elektron formada ötürür.

AzPOS ilə mükəmməl geoməkan istinad sisteminə çıxış, yüksək məhsuldarlıq əldə edilir, real zaman ərzində ərazinin koordinatları müəyyən olunur, o cümlədən ayrıca baza stansiyası, avadanlıq xərcləri tələb olunmur, ümumi sistemdə işləmə imkanları artırılır. Bu stansiyaların qurulması sayəsində istənilən ərazinin koordinatlarını daha rahat, həm də çox qısa vaxt ərzində əldə etmək olur. Üstəlik əvvəllər bu proses üçün bir neçə işçi qüvvəsi tələb olunurdusa, indi bir mühəndis AzPOS sistemindən istifadə etməklə və düyməni basmaqla ərazinin koordinatlarını verə bilir.

Daha sonra ölkədə fasiləsiz fəaliyyət göstərən istinad stansiyaları şəbəkəsinin işləmə mexanizmindən, üstünlüklərindən, verdiyi imkanlardan bəhs edən ictimai təqdimat olub. Bildirilib ki, sistem geodeziya xəritələrinin hazırlanması üçün baza rolunu oynayır. AzPOS daimi olaraq Amerikanın GPS və Rusiyanın GLAPASS peyk siqnallarını qəbul edir.

Daimi fəaliyyət göstərən geodeziya istinad şəbəkəsinin yaradılması və ortofotoxəritələrin hazırlanması məhz AzPOS şəbəkəsinin texniki imkanlarına əsaslanır. Həmçinin, sistem əmlak qeydiyyatı və dövlət əmlakının idarəetmə sistemləri üçün xəritə və kadastr məlumatlarının bazası rolunu oynayır. Bütün sahələr üzrə cari və perspektiv mərzçəkmə işlərinin yerinə yetirilməsində istifadə edilir. Məhz bu sistemin yaradılması sayəsində yeni peyk və aerofototəsvirlər vasitəsilə rəqəmli ortofotoxəritələrin tam dəsti hazırlanır, torpaq sahələrinin xəritələri tərtib edilir.

Sistemin digər üstünlüyü yeni ortofotoxəritələr vasitəsilə kadastr məlumatlarının düzgünlüyünü yoxlamaq imkanı yaratmasıdır. AzPOS sistemi mövcud kadastr məlumatlarını, o cümlədən keçmiş dövrlərdə qeydiyyata alınmış torpaq sahələrinin ölçülərini, konfiqurasiyalarını, hüquqi sənədlərdə (dövlət aktları və şəhadətnamələr) əks olunmuş texniki göstəriciləri faktiki vəziyyətlə müqayisədə yoxlamaq imkanı verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AZPOS-a qoşulmaq üçün sənəd qəbuluna başlanıb

AZPOS-a qoşulmaq üçün sənəd qəbuluna başlanıb

31-07-2019
Daşınmaz əmlakın kadastrının yaradılması ilə bağlı hansı işlər görülür?

Daşınmaz əmlakın kadastrının yaradılması ilə bağlı hansı işlər görülür?

01-10-2015
Portala daha 3 e- xidmət əlavə olundu

Portala daha 3 e- xidmət əlavə olundu

22-09-2017
Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017
Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019
14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018
Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

12-07-2019
37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019
Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018
Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019
Regionlarda torpaqlar elektron uçota alınır

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017
Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015
Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

22-09-2015
Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018
Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

29-01-2026
Ölkədə  4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017
Torpaqlardan istifadəyə nəzarət müasir texnologiyalar əsasında keçiriləcək

Torpaqlardan istifadəyə nəzarət müasir texnologiyalar əsasında keçiriləcək

17-10-2019
Torpaq istifadəçiliyində planşetlərin tətbiqinə start verilib

Torpaq istifadəçiliyində planşetlərin tətbiqinə start verilib

18-10-2019
Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015
Kadastr kalkulyatoru yaradılıb

Kadastr kalkulyatoru yaradılıb

04-09-2018
Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

25-09-2013
Bakının elektron kadastr məlumat bazası yaradılıb

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə