Previous Next
Bağla

Ən nüfuzlu şirkətlərin reytinqi açıqlandı

24-02-2015 12:08
Ən nüfuzlu şirkətlərin reytinqi açıqlandı

“Fortune” jurnalı tərəfindən illik “Ən nüfuzlu şirkətlər reytinqi” açıqlanıb.
Reytinqə əsasən, ABŞ-ın “Apple” şirkəti bu il də birinci olmaqla ardıcıl səkkizinci ildir liderliyini uğurla qorumağa nail olub. “Google” şirkəti ikinci yeri tutub.

“Apple” innovasiya, işçi heyətinin idarə olunması, korporativ aktivlərdən istifadə, sosial məsuliyyət, keyfiyyətli idarəetmə, maliyyə sabitliyi, uzunmüddətli investisiyalar, məhsul keyfiyyəti və dünya bazarında rəqabətqabiliyyətlilik kimi doqquz kateqoriya üzrə ən yüksək qiymətə layiq görülüb.

Son siyahı müxtəlif şirkətləri təmsil edən 4104 aparıcı əməkdaşın rəyi öyrənildikdən sonra tərtib olunub.

“Fortune” versiyasına görə, “Ən nüfuzlu şirkətlər reytinqi” onluğuna ümumilikdə daxildir: “Apple”, “Google”, “Berkshire Hathaway”, “Amazon.com”, “Starbucks”, “Walt Disney”, “Southwest Airlines”, “American Express”, “General Electric”, “Coca-Cola”.

Nüsrət Zeynalov

                                                                                                 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə