“Enterprise Azerbaijan” portalı startap komandaları arasında intellektual yarış keçirəcək

10-10-2024 / 12:24

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Green Talk” layihəsi çərçivəsində “Enterprise Azerbaijan” portalı və “SABAH HUB”ın əməkdaşlığı ilə startap komandaları arasında intellektual yarış keçiriləcək.

Xeberler.az məlumat verir ki, "Yaşıl texnologiyalar" mövzusunda baş tutacaq bilik yarışında ümumilikdə səkkiz komanda iştirak edəcək. Dörd komanda “Enterprise Azerbaijan” portalının "StartUp School 2-AI for Green Solidarity" layihəsinin "Kənd Təsərrüfatı" kateqoriyasındaqalibləri olacaq. Digər dörd komandanı SABAH.HUB təyin edəcək. Qalib komandaya "Sigma Systems" şirkəti tərəfindən kompüter hədiyyə olunacaq.

“Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunan tədbir 22 oktyabr tarixində baş tutacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə