Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İngiltərənin Newcastle Universiteti ilə birgə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Layihənin əsas məqsədi sahibkarlığın tədrisinin gücləndirilməsi, gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir.
Xeberler.az bildirir ki, “Təlimçiyə Təlim” adı altında “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda seminar iki gün davam edib. Böyük Britaniyanın Nyukasl Universitetinin Biznes Məktəbinin təlimçiləri Andrea Lane və Victoria Braunun apardığı təlimdə iştirakçı müəllimlərə innovativ təlim üsulları və alətləri təqdim olunub.
Qeyd edək ki, təlimlər pilot layihə çərçivəsində seçilən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) iqtisadiyyatın müxtəlif sahələri, biznesin tədrisi istiqamətində fəaliyyət göstərən və startaplarla çalışan müəllimlərlə davam etdirilir.
Təlimlərin növbəti mərhələsi universitetlərdə tələbələr və startaplar üçün keçiriləcək. Layihə çərçivəsində “Big İdea Challenge” adlı beynəlxalq startap və ideya yarışması bu il də davam etdiriləcək. Müsabiqəyə mart ayından etibarən start veriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri