Erməni diasporundan bəzi ziyalılar müxtəlif erməni şəbəkələrinin və “ASALA” terror təşkilatının Türkiyəyə qarşı etdiklərinə görə türklərdən üzr istəyəcək
Bəzi erməni ziyalıları Türkiyədə böyük etirazlara səbəb olan “Ermənilərdən üzr istəyirik” kampaniyasına “Türklərdən üzr istəyirik” kampaniyası ilə qaşılıq verməyə hazırlaşır. Erməni diasporundan bəzi ziyalılar müxtəlif erməni şəbəkələrinin və “ASALA” terror təşkilatının Türkiyəyə qarşı etdiklərinə görə türklərdən üzr diləyəcək. “Türk-erməni” dialoq qrupunun vitse-prezidenti Armen Qakaviyan görəcəkləri işlər barədə Türkiyənin “Radikal” qəzetinə açıqlama verib.
İmzalanmaq üçün açıq elan edilən bəyanatda, “erməni xalqı tərəfindən törədilən cinayətlərə görə üzr istəyirik, bu cinayətlərin acısını yaşayan məsum osmanlıların ve türklərin duyğularını bölüşürəm”,- deyə qeyd olunub.
Armen Qakaviyan erməni ziyalıların bu addımı atmasına səbəb kimi Türkiyədə bəzi aydınların başlatdığı “ermənilərdən üzr istəyirəm” kampaniyasını göstərib. Hələlik ilkin variantı hazır olan bəyanata bəzi dəyişikliklər edilərək yaxın həftələrdə imzalanması üçün dünyadaki bütün ermənilərə göndəriləcək.
Qeyd edək ki, Türkiyədə bir qrup ziyalı internet vasitəsilə “ermənilərdən üzr istəyirik” kampaniyası başladaraq, bütün Türkiyə xalqını qondarma erməni “soyqırımı”nı tanıyaraq bu kampaniyaya qoşulmağa çağırmışdı./ANS PRESS/
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri