Ankara Baş Prokurorluğu kampaniya ilə bağlı istintaqa ehtiyac olmadığına qərar verib
Ankara Baş Prokurorluğu bəzi ziyalılar tərəfindən təşkil edilən “Ermənilərdən üzr istəyirəm” internet kampaniyası ilə bağlı apardığı araşdırmada istintaqa ehtiyac olmadığına qərar verib. Türkiyə mətbuatının məlumatına görə, Mətbuat Cinayətləri Araşdırma Bürosu tərəfindən “Ermənilərdən üzr istəyrəm” kampaniyası ilə bağlı aparılan araşdırma bununla başa çatıb. “Demokratik cəmiyyətlərdə əks düşüncələrin də fikir azadlığı çərçivəsində qoruma altında olması əsas gətirilərək istintaqa yer olmadığına qərar verilib”, deyə qərarda deyilir.
Xatırladaq ki, Ankarada yaşayan bir qrup şəxs –Həsən Hüseyn Satr, Sabahat Ozgür, Mehmet İnal Kolburan, Hüseyn Erdoğan, Serdar Orhaner və Kürşat Karacabet bu kampaniyanı təşkil edənlər və bu kampaniyaya imza atanlar barəsində Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsinə əsasən (Türk millətini açıq-aşkar alçatmaq) cinayət işi açılması və cəzalandırılması üçün ortaq ərizə ilə müraciət etmişdilər.
Ortaq ərizədə kampaniyanın internet saytında yerləşdirilən mətnindən sitat gətirilmişdi : \"1915-ci ildə Osmanlı ermənilərinin məruz qaldığı “böyük fəlakət”ə etinasız yanaşılmasını, bunun inkar edilməsini vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz payıma erməni qardaşlarımın hisslərini və çəkdiyi əziyyətləri bölüşür, onlardan üzr istəyirəm\".
Ankara Baş prokurorluğu isə faktla bağlı araşdırmalara başlamışdı.
Qeyd edək ki, Türkiyədə bir qrup ziyalı internet vasitəsilə “ermənilərdən üzr istəyirik” kampaniyası başladaraq, bütün Türkiyə xalqını qondarma erməni soyqırımını tanıyaraq bu kampaniyaya qoşulmağa çağırıb./ANSPRESS/
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri