Previous Next
Bağla

Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir

12-05-2015 21:10
Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir
Mayın 11-13-də nəzərdə tutulmuş "e-İdarəçilik" üzrə beynəlxalq konfrans dünən "Dövlət idarəçiliyi islahatları” seminarı ilə öz işinə başlayıb.
Xəbərlər-ə verilən məlumata əsasən, elektron hökumət quruculuğuna həsr olunan konfransda elektron idarəetmə sahəsi üzrə dünyanın aparıcı ekspertləri, hökumət, biznes, akademiya nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti qrupları iştirak edirlər.
 
Konfransda mühazirəçi qismində Ukrayna Elektron İdarəçilik üzrə Dövlət Agentliyinin birinci müavini Taras Oliinyk, Belçikadan İKT və E-hökumət üzrə nümayəndə Frank Leyman, Estoniyanın Rəqəmsal İdarəçilik Qaydaları üzrə məsləhətçisi Siim Sikkut eləcə də, Azərbaycandan Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
 
Konfransın açılış seminarında Estoniyanın prezidenti H.E.Toomas Hendrik Ilves çıxış edərək Estoniyanın "Elektron Hökumət” quruculuğundan bəhs etmişdir. O, "Elektron Hökumət” quruculuğunun əsas üstünlüklərinin - şəffaflıq, effektivlik və cavabdehlik olduğunu xüsusilə vurğulamışdır.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə çıxış edərək konfrans iştirakçılarına Azərbaycanda Elektron İdarəçilik üzrə görülən işlər barədə ətraflı məlumat vermişdir. O, Azərbaycanda qurulmuş "Elektron Hökumət” infrastrukturunun beynəlxalq təcrübəyə əsaslandığını vurğulamışdır. Məruzəçi "Elektron Hökumət” portalı və startup layihələri üzrə də geniş məlumat vermişdir.
 
"Elektron Hökumət” portalının operatoru - RYTN-nin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov yarandığı gündən bu günədək portalın keçdiyi inkişaf mərhələləri üzrə ətraflı məlumat vermiş, portal üzərindən təqdim olunan aktual elektron xidmətləri qeyd etmişdir. "Elektron Hökumət" portalı üzrə mövcud statistik göstəriciləri vurğulayan məruzəçi, bu sahədə əldə olunmuş nailiyyətlərin və portala geniş istifadəçi marağının olmasının qurumlar ilə əlaqəli fəaliyyətin nəticəsində əldə olunduğunu qeyd etmişdir.
 
Qeyd edək ki, konfrans çərçivəsində nazir müavini E.Vəlizadənin 13 may tarixində konfransın bağlanış mərasimində çıxışı planlaşdırılıb.
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak edəcək

04-05-2015

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

Azərbaycan İKT təcrübəsi yüksək qiymətləndirilib

14-05-2015

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

11-11-2016

“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

15-05-2015

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

13-05-2015

“Elektron hökumət və gənclər” seminarı keçirilib

29-09-2015

Data.gov.az-ın yeni versiyası təqdim edilib

21-11-2017

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017

“Elektron hökumət quruculuğu prezidentin daim diqqətindədir”

19-12-2014

E-hökumət müsabiqəsinin qalibləri mükafatlandırılıb

26-12-2017

Televiziyada e-hökumətlə bağlı proqram başladı

04-11-2017

“Elektron-hökumət” portalının statistikası təqdim olundu

07-05-2015

Dövlət qulluqçuları xarici “Elektron hökumət” təcrübəsi ilə tanış olub

25-11-2015

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə