Microsoft-un səsli robotu Cortana, Eurovision müsabiqəsində hansı ölkənin birinci ola biləcəyini proqnozlaşdıra bilir.
Dünya kuboku və Oscar mükafatlarını proqnozlaşdırması ilə gündəmə gələn Microsoft-un səsli robotu, Eurovision müsabiqəsinin qalibini proqnozlaşdırıb. Cortana adlı robot Bing axtarış sistemindən yararlanaraq qalibin adını müəyyən edib.
Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, Cortana Eurovision-un qalibinin İsveç olacağını bildirib və proqnoz düz çıxıb. “Eurovision 2015” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında İsveç təmsilçisi Mons Selmerlev olub. O, “Heroes” adlı mahnı ilə çıxış edərək müsabiqənin qalibi olub. Cortana həmçinin Rusiya təmsilçisinin ikinci, İtaliyanın üçüncü olacağını proqnozlaşdırıb.
Təxmin etdiyi proqnozların doğru çıxması robota olan marağın artmasına səbəb olub.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri