Araz Quliyev: “Xaçmazda internet problemleminin aradan qaldırılması üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

16-10-2010 / 12:31

Xeberler.az saytının layihəsi olan Seçki və İKTnin bu dəfəki qonağı Aydınlar Partiyası Gənclər təşkilatının sədri, namizədliyini 56 sayli Xaçmaz-kənd seçki dairəsindən irəli sürən Araz Quliyevdir.

Araz müəllim, Seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edəcəksiniz?

Bugünki gündə seçicilərin bir çoxu internetdən istifadə etdiyi üçün, sosial şəbəkələrə üstünlük verdikləri üçün, namizədlər də intenetin imkanlarından maksimum yararlanmalıdır. İnternet eyni zamanda yeni nəslin nümayəndələrinin tanıdılmasında çox böyük rol oynayır. Və internetin imkanlarından yararlanmağı düşünürəm.

Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da, hələ də elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə internetdəki təbliğatın effekti olacaqmı?

Bu problem çox geniş yayılıb və xüsusən də, bölgələrdə biz belə problemlərlə üzləşərik. Şəhərdə bir çoxlarının evlərində kompüterləri və sürətli internetləri olsa da bölgələrdə bu problem hələ də qalmaqdadır. Bu problemlərin kökündə isə maddi problemlər dayanır. Xaçmaz rayonunda da belə problemlər yaşanır. Orada ən böyük problemlərindən biri də internet istifadəçilərinin sayının azlıq təşkil etməsidir. Biz Xaçmazda internet problemleminin aradan qaldırılması üçün əlimizdən gələn hər şeyi edəcəyik

Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?

Hal-hazırda şəxsən özüm sosial şəbəkələrdən daha çox istifadə edirəm. Az öncə söylədiyim kimi, bölgələrdə sosial şəbəkələrdən çox az adam istifadə edir. Buna görə də biz seçicilərlə üz-üzə görüşməyə daha çox üstünlük veririk. Sosial şəbəkələr isə hər şeydən əvvəl insanlarla hər dəqiqə əlaqə saxlamaq üçün, onların problemlərinə hər dəqiqə şərik olmaq üçün çox vacibdir. Bizim istəyimiz də məhz budur. Və biz də sosial şəbəkələrdən bu yöndə istifadə edirik.

Internet portallara reklam verəcəksinizmi? Verəcəksizsə hansı şərtləri ödəyən saytlara üstünlük verəcəksiz?

Bu haqda düşünürəm. Təbii ki, qiymətlər mənim üçün önəm daşıyır. Reklam hər bir namizəd üçün əsasdır. Biz də istəyirik ki, reklamlarımız daha effektli olsun, seçiciyə çatsın. Hər halda bu haqqında fikirləşirik.

Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?

Düşünürəm ki, əgər belə bir hal baş versə, onda bu Azərbaycanın tam demokratikləşməmiş olduğunu sübut edəcək. Sosial şəbəkələr dünyanın hər yerində yayılıb. Belə söz-söhbətlərin gəzməyi də, hakimiyyətin sosial şəbəkələrə qarşı olan qıcığıdır.

Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?

Bütün namizədlərə hörmətim var. Amma, virtual seçkinin keçiilməsi nə dərəcədə real səslənir? Məsələn, mən Xaçmaz rayonundan namizədliyimi irəli sürmüşəm. Xaçmaz da yaşayan insanların bir çoxunun internetlə əlaqəsi yoxdur. Bəs onda seçkilər necə olacaq? Məsələyə digər aspektdən yanaşanda, bu seçkilərin saxtalaşdırılmasına gətirib çıxardacaq.

Xeberler.az-ın yeni layihəsi olan “Seçki və İKT” haqqında nə deyə bilərsiniz?

Bu lahiyənin keçirilməsi namizədlərin fikirlərinin səsləndirilməsində çox böyük rol oynayır. Azərbaycanda belə portalların mövcudluğu və belə layihələrin keçirilməsi həqiqətən də ürəkaçandır.  Xəbərlər.az  portalının “Seçki və İKT” lahiyəsinə uğurlar arzu edirəm.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə