Facebook 12 yaşını qeyd edir

04-02-2016 / 11:00

Mark Zuckerberg tərəfindən 2004-cü ildə yaradılan Facebook  artıq bütün dünyada insanların həyatının ayrılmaz hissəsinə çevrilib.

Xeberler.az-ın məlumatına görə,  bu gün Facebook 12 yaşını qeyd edir. 

Qeyd edək ki, 12 ildir fəaliyyət göstərən Facebook-da bu günə kimi bir çox dəyişikliklər olub. Bu haqda ötən yazımızda ətraflı məlumat vermişdik. 

Facebook-un qurucusu Mark Zuckerberg bu günü "Dostluq günü" kimi elan edib.

Bu günə özəl olaraq Facebook-da dostlarınızla olan maraqlı anları özündə birləşdirən video hazırlamaq mümkündür.

 Həmçinin #friendsday həştəqi ilə siz də dostluq hekayənizi yazıb dostlarınızla bölüşə bilərsiniz. 

Qeyd edək ki, Facebook-un hazırda 1 milyarddan çox istifadəçisi var.

Hazırda Azərbaycanda bu sosial şəbəkə istifadəçilərinin sayı 1 milyon 250 mini ötüb. SocialBakers-in məlumatına görə, Azərbaycan Facebook istifadəçilərinin sayına görə tərtib edilmiş reytinqdə 82-ci yerdə qərarlaşaraq, bu göstəriciyə görə Gürcüstan, Ermənistan, Belarus, Latviya, Albaniya və Sloveniyanı qabaqlayıb. 

Sevinc Əsədova 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə