Facebook reallıq eynəyi hazırlayır

19-09-2019 / 15:17

“Facebook” şirkətinin mütəxəssisləri “Orion” kod adına malik yeni cihaz üzərində işləyirlər.

Şirkətin əlavə edilmiş reallıq eynəyi Ray-Band, Prada, Oakley kimi optikaların istehsalçısı hesab edilən “Luxottica Group” ilə əməkdaşlıq çərçivəsində hazırlanır.

Xeberler.az məlumat verir ki, qurğu üzərində Vaşinqton ştatının Redmond şəhərində yerləşən “Facebook”un “Reality Labs” laboratoriyasının mühəndisləri işləyirlər. Mark Zukerberqin rəhbərlik etdiyi layihənin texniki xüsusiyyətləri haqqında kifayət qədər məlumat verilmir.

“Facebook” smartfonları tam əvəz edə biləcək eynək hazırlamaq niyyətindədir. İstifadəçi zənglər etmək, internet və sosial şəbəkələrdən istifadə etmək imkanına malik olacaq. Bütün qeyd olunan xüsusiyyətlərin hər biri əlavə edilmiş reallıq funksiyasına malik virtual köməkçinin iştirakı ilə yəni, səs və ya jestlərin köməyi ilə idarə olunacaq.

Qeyd edək ki, sosial şəbəkə 2023-cü ilədək yeni cihazın ilk sınaqlarını keçirməyi, 2025-ci ildə isə qurğunu satışa çıxarmağı planlaşdırır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə