Microsoft daha bir qurğunu patentləşdirib

29-08-2017 / 11:13

Microsoft şirkəti müasir qarnitur bazarını çoxdan fəth edib və istehlakçıları təəccübləndirməyə davam edir. Şirkət ilin əvvəlində virtual reallıq üçün xüsusi səsgücləndiriciləri təqdim edib, indi isə əlavə reallığı idarə edən qadcetin yaradılması üzərində işləyir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, korporasiya virtual reallıq çubuğunu patentləşdirib.

Yeni qadcet Windows Mixed Reality  funksiyası çərçivəsində istifadə üçün nəzərdə tutulub. Qurğu səthində bir neçə düymə olan qısa əsaya bənzəyir. Həmçinin onda barmaq və çaxmaq tətiyi üçün mühafizə sistemi var.

Ekspertlər qurğunun Google Draw ilə oxşarlığını qeyd ediblər. Qurğu HoloLens düymələr sistemi sayəsində genişləndirilmiş imkanlar əldə edib. Şirkət hələ ötən il patent üçün sifariş verib və həmin gün Mixed Reality  ilə bağlı demo-çarxı təqdim edib. Videoda yeni qurğudan istifadə ilə bağlı təlimat verilir.

Microsoft nümayəndələri bir neçə Mixed Reality qarniturunun istehsalına hazırlandıqlarını bildiriblər. HP, Dell, Lenovo, Asus və Acer şirkətləri artıq onları təqdim edib. Qeyd edilir ki, yeni qadcetlərin qiyməti bazarda təqdim edilmiş müasir qurğuların qiymətinə nisbətən bir qədər aşağı olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə