Facebookda “Obama öldürülməlimi?” qalmaqalı

01-10-2009 / 14:44

Facebookda maraqlı bir anket sorğusu keçirilib. Anketdə “Obama öldürülməlimi?” sualına cavab axtarılır. Bu suala 750 Facebook istifadəçisi cavab yazıb. Anketdə bəli və xeyr variantları varmış. Suala bəli deyə cavab verən və hətta “Əgər sağlamlıq sığortamı kəssə...” deyə şərh verənlər də olub.

Amerika Gizli Xidməti bu hadisəni araşdırmağa başlayıb. Gizli xidmət spikeri, Facebook ilə birlikdə işləyərək bu anketi ləğv etdiklərini və təhdid hadisələrində tətbiq etdikləri proseduraları icra etdiklərini vurğulayıb. Facebook məsələyə aydınlıq gətirməli olub. Bu anketin üçüncü partiya tərəfindən yaradıldığını qeyd edib. Facebook anketi səhifədən yığışdırıb və bu tətbiqi də bağlayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə