Hazırda Azərbaycan “TikTok” platformasında məzmunun monetizasiyası prosesinin vergiyə cəlb edilməsi ilə bağlı danışıqlar aparır.
Xeberler.az məlumat verir ki, bunu “Chain Reaction 2024” forumu çərçivəsində “Başlanğıcdan innovasiyaya. Kriptovalyuta bazarlarının yolu” adlı paneldə çıxışı zamanı “4SIM Azerbaijan” şirkətinin icraçı direktoru Fariz Cəfərov deyib.
“TikTok” ilə danışıqların son mərhələdə olduğunu qeyd edən Fariz Cəfərov deyib: “Son illər Azərbaycan sahibkarları dəstəkləmək üçün lazımi alətlər və infrastruktur təmin etməklə milli biznesin rəqabət qabiliyyətinin artırılması və onun yeni səviyyəyə qaldırılması üzrə fəal şəkildə çalışır. Hökumət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bura təkcə kiçik və orta sahibkarlıq (KOB) üçün təlim və dəstək deyil, həm də effektiv rəqəmsal ekosistemin yaradılması daxildir. Bu sistemdə məlumat mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır”.
Onun sözlərinə görə, bu rəqəmsal transformasiyanın əsas elementi KYC (“Know Your Customer”) sistemi və rəqəmsal eyniləşdirmənin tətbiqi olub ki, bu da vətəndaşların və biznesin dövlətlə qarşılıqlı əlaqəsini sadələşdirir: “Azərbaycan artıq bu sahədə mühüm irəliləyiş əldə edib. rəqəmsal hökumət – “mygov”da hər bir vətəndaşın öz şəxsi hesabı var ki, bu da onlayn ödənişləri asanlaşdırır. Qanunvericiliyə edilən son dəyişikliklər rəqəmsal şəxsiyyət vəsiqəsi əsasında bank hesablarının açılmasını mümkün edir, habelə bu prosesi xeyli asanlaşdırır və sürətləndirir. Beş ildən artıqdır ki, hökumət vətəndaşların razılığı əsasında banklar və müəssisələrlə məlumat mübadiləsi aparır ki, bu da bank sektorunda innovasiyaları sürətləndirir. Artıq banklar yeni mobil həllər təklif edə, müştəri xidmətlərinin xərclərini 4 dəfə azalda bilər”.
F. Cəfərov qeyd edib ki, Azərbaycanda, həmçinin elektron tender və viza platformaları, eləcə də “fintech” sahəsində maliyyə həlləri fəal şəkildə inkişaf etdirilir, pərakəndə ticarət və KOM-lar üçün yeni imkanlar yaradılır.
“4SIM Azerbaijan” şirkətinin icraçı direktoru vurğulayıb: “Gələcəkdə 1200-dən çox kiçik və orta sahibkara ERP sistemlərinə və bulud həllərinə çıxışı təmin etməklə onlara kömək etmək planlaşdırılır ki, bu da biznesə həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda öz fəaliyyətlərini sürətlə rəqəmsallaşdırmağa və genişləndirməyə imkan verəcək”.
O əlavə edib ki, hökumət kriptovalyuta vasitəsilə qazananlar üçün yeni vergi qaydaları da hazırlayır. (AZƏRTAC)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri