Faythinger: "Beynəlxalq Astronavtika Konqresinin nümayəndələri Bakıda toplaşacaq"

06-12-2022 / 12:43

“Növbəti Beynəlxalq Astronavtika Konqresi 2023-cü il oktyabrın 2-6-da Bakıda keçiriləcək”.

Xeberler.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger deyib.

Onun sözlərinə görə, görüş dünyanın hər yerindən bu sahənin nümayəndələrini bir araya gətirəcək.

"Bu baxımdan, müxtəlif ölkələrin nümayəndələrinin buraya toplaşması xüsusilə diqqətəlayiqdir, çünki bizim onlara konqresin proqramı haqqında məlumat vermək imkanımız olacaq", - o bildirib.

K.Faythinger qeyd edib ki, bu tədbir təkcə təşkilat üçün deyil, həm də Azərbaycan üçün xüsusi hadisədir.

Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru həmçinin ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.