Previous Next
Bağla

EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

08-05-2025 12:45
EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

Azərbaycanda ilk dəfə təşkil olunan və 3 ay davam edən ecomX e-ticarət təlim və inkubasiya proqramının ilkin mərhələsi uğurla yekunlaşıb. Proqram çərçivəsində Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərindən 180-dən artıq iştirakçı e-ticarət sahəsində ixtisaslaşmış yerli və beynəlxalq təlimçilərdən praktiki bilik və bacarıqlar əldə ediblər. Təlim sessiyalarında iştirakçılara məhsul seçimi, onlayn mağazaların yaradılması və idarə olunması, rəqəmsal marketinq strategiyaları, eləcə də e-ticarət bizneslərinin böyüdülməsi və genişləndirilməsi yolları öyrədilib.

Xeberler.az bildirir ki, proqram, yalnız bilik ötürmə ilə kifayətlənməyərək, iştirakçılar üçün real biznesə keçid üçün effektiv platforma rolunu oynayıb.

Layihənin əsas məqsədlərindən biri regionlarda yaşayan vətəndaşlara e-ticarət bacarıqları qazandırmaq, rəqəmsal iqtisadiyyata inteqrasiyanı gücləndirmək və yeni iş yerlərinin yaradılmasına töhfə vermək olub. Proqram çərçivəsində 36 saat onlayn və 4 şəhərdə ümumilikdə 12 canlı təlim keçirilib. Təlimi uğurla tamamlayan iştirakçılara isə Azərbaycanda ilk dəfə blokçeyn texnologiyası ilə qeydə alınmış xüsusi sertifikatlar təqdim edilib.

Növbəti mərhələdə, potensialı yüksək olan ideyalar arasından seçilmiş iştirakçılar ecomX inkubasiya proqramına dəvət olunacaq. Bu mərhələdə 16-20 e-ticarət layihəsinin inkişafına dəstək göstəriləcək. Üç ay davam edəcək inkubasiya dövründə ən uğurlu layihələrin sahibləri arasında 30,000 AZN mükafat fondu bölüşdürüləcək. ecomX proqramı Azərbaycan E-ticarət Birliyinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “SUP VC” və “BONPARA” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

EcomX, Azərbaycanda e-ticarət sahəsində yeni bir nəsil sahibkarların formalaşmasına və ölkənin rəqəmsal iqtisadiyyatının güclənməsinə xidmət edən mühüm bir platformaya çevrilməkdədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

EcomX inkubasiya proqramı Azərbaycan iqtisadiyyatına 15 e-ticarət biznesi qazandırıb

13-08-2025

Azərbaycanda ilk dəfə E-ticarət İnkubasiya Proqramı keçiriləcək

07-02-2025

Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub

20-08-2025

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

23-07-2025

“Rəqəmsal Yay Məktəbi” uğurla yekunlaşıb

28-07-2025

Beynəlxalq Ticarət Mərkəzi Azexport portalı ilə birgə məqalə dərc edib

29-07-2020

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026

Azərbaycan şirkətləri üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayıb

17-03-2023

Elektron ticarətlə bağlı təlimlər başa çatdı-Fotolar

05-11-2016

Startap yolunda ilk addım: Gənclər hakatonda bacarıqlarını nümayiş etdirir

13-05-2025

“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının imtahanı yekunlaşıb

24-04-2026

Böhran kommunikasiyası təlimləri başa çatıb

13-12-2023

E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək

19-09-2018

Rəqəmsal Transformasiya və Texnologiya Zirvəsi Forumu keçiriləcək

07-06-2023

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

14-10-2021

Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək

24-09-2019

Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

04-11-2022

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

14-05-2026

Bakcell futbol jurnalistlərinə multimedia təlimi təşkil edib

11-06-2015

"İnnovasiya və Süni İntellekt" proqramı üzrə 25 gənc təqaüd qazanıb

25-05-2026

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə