Sony, Microsoft və Nintendo, hazırlıqlı olun! Vərdiş etdiyiniz oyun konsol modeli kökündən dəyişmək üzrədir.
Dəyişmənin nə ölçüdə olduğunu söyləyə bilmək üçün hələ çox tezdir,amma əgər OnLive adı verilən bu proyekt ilə ediləcəyi deyilən şeylər gerçək olsa, oyun dünyası tamamilə dəyişə bilər.
WebTV-in qurucusu Steve Perlman və Eidosun köhnə CEO-i Mike McGarveyin yeddi ildir üzərində çalışdıqları proyekt, Electronic Arts, taxa-Two, Ubisoft və Atari kimi firmaların oyunlarını , dijital mühit üzərindən, ilk çıxdıqları anda oyunçularla görüşdürməyi məqsəd qoyur.
OnLive sayəsində ən yüksək keyfiyyətdəki oyunları, kompüterinizin təchizatına ya da istifadə etdiyi əməliyyat sisteminə baxmadan, oynamağınız mümkün olacaq. Sistem həm də kiçik bir cihaz ilə televiziyaya bağlana biləcək. Bununla da OnLive, həm konsol həm də PC oyunçularının xoşuna gələcək. Təbii, hələlik bütün bunlar yalnız bir iddiadan ibarətdir.
San Fransiscoda təşkil edilən Game Developers Conference-da ilk təqdimatı edilən OnLive sistemi, 16 ədəd oyunu müvəffəqiyyətlə işlətməyi bacara bildi. Hələ də bağlı beta mərhələsində olan sistemin yayda açıq beta testləri ediləcək. OnLivenin 2011-ci ilin qışında hazır olması gözlənilir.
Proyektin başındakı adlardan Steve Perlman, OnLivenin texnologiyasının, istifadəçinin kompüterinin təchizatına baxılmadan, ən keyfiyyətli oyunları belə İnternet üzərindən köçürməyi mümkün edəcəyini ifadə edir. Əsla buradan, oyunları endirəcəyiniz mənasını çıxarmayın. OnLive, bu oyunları öz serverlərində saxlayaraq, istifadəçilərin bu serverlər üzərindən oyun oynamasını təmin edəcək.
Keçdiyimiz mart ayında cəmdə 1.47 milyard dollar kimi inanılmaz bir satışa çatan oyun bazarının yalnız üç markaya buraxılmasına kimsənin könüü razı deyil..
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri