Previous Next
Bağla

“Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda 4SİM Talks tədbiri keçirilib

07-06-2024 13:24
“Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda 4SİM Talks tədbiri keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin (İnnovasiyalar Mərkəzi) birgə təşkilatçılığı, Binance Akademiyasının nümayəndələrinin iştirakı ilə “Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda növbəti 4SİM Talks tədbiri keçirilib.

ASAN İnnovativ İnkişaf Mərkəzində keçirilən tədbirdə 4SİM-in icraçı direktoru Fariz Cəfərov və İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov rəqəmsal transformasiya sahəsində ölkədə görülən işlər və Blokçeyn Təlim Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat veriblər.

“Binance” Akademiyasının komanda rəhbəri Stefen Makalister Akademiyanın yaranması və fəaliyyəti haqqında təqdimatla çıxış edib.

Sonra tədbir 4SİM-in süni intellekt üzrə layihə rəhbəri Ruslan Zeynalzadənin moderatorluğu ilə Stefen Makalister və “Binance Investments Co. Ltd” şirkətinin MDB regionu üzrə icma və marketinq meneceri Alisa Prokopiv, Blokçeyn Təlim Mərkəzinin təlimçiləri Tofiq Əliyev və Bilal Sadıqovun iştirakı ilə panel formatında davam edib.

Panelçilər blokçeyn texnologiyalarının istifadəsi, Veb3 konsepsiyası və onun verdiyi imkanlar haqqında öz fikirlərini iştirakçılarla bölüşüb və yeni nəsil texnologiyaların real tətbiqi ilə bağlı sualları cavablandırıblar.

Sayca 6-cı olan 4SİM Talks tədbiri “İqtisadiyyat Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında birgə əməkdaşlığa dair Tədbirlər Planı”nda “Azərbaycan blokçeyn mütəxəssislərin yetişdirilməsi üzrə proqrama dəstək” və “Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Milli iqtisadiyyatda 4Sİ texnologiyalarının tətbiqi imkanlarının tədqiqi” və “Elm-sənaye klasteri 4.0”-nin formalaşdırılması” tədbirlərinə uyğun olaraq həyata keçirilir.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

4SİM və “Binance” kripto, blokçeyn və veb3 sahəsində təlim keçirib

24-02-2026

Blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

11-09-2024

Fariz Cəfərov: Azərbaycanda “Apple” səlahiyyətli təlim mərkəzi yaradılacaq

05-03-2025

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023

Sığorta bazarında blokçeyn texnologiyalar tətbiq ediləcək

30-11-2022

Bakıda kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

14-04-2025

Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

14-04-2023

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

13-01-2025

“Blokçeyn Təlim Mərkəzi”ndə “CryptoA2Z” təlim proqramı keçirilib

28-04-2025

4SIM “Binance”la Anlaşma Memorandumu imzalayıb

11-09-2024

“Sənaye 4.0 texnologiyaları və iqlim dəyişiklikləri” mövzusunda tədbir keçirilib

16-11-2024

Fariz Cəfərova yüksək vəzifə verildi

03-06-2023

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

4SİM-in tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçiriləcək

18-06-2025

“4Sİ Müzakirə Platforması”nın növbəti görüşü keçirilib

15-10-2025

4SİM-in icraçı direktoru “Innovation 2025” konfransında iştirak edib

02-04-2025

Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda seminar keçirilib

13-03-2019

4SİM: Azərbaycan rəqəmsal transformasiya layihələrini uğurla icra edir

07-05-2026

Əşyaların interneti üzrə tədbir təşkil edilib

30-03-2022

Rəqəmsal ticarət ekosisteminə dair təhlillərin nəticələri təqdim edilib

07-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə