DeepL şirkəti maşın tərcüməsi sahəsində Google, Microsoft və Facebook kimi nəhəngləri geridə qoymağa nail olub.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, proqram eyni vaxt ərzində əsas məna yükünü qoruyub saxlamaqla daha dəqiq tərcümə edə bilir.
Avtomatlaşdırılmış tərcüməçinin sınaqlarını keçirən Tech Crunch jurnalistlərinin fikrincə, DeepL məsələnin öhdəsindən Google Translate və Bing ilə müqayisədə daha yaxşı gəlir:
“Google Translate daha çox bəzi nüans və idiomları nəzərə almayaraq hərfi tərcüməyə üstünlük verir. DeepL isə adətən peşəkar tərcüməçinin edə biləcəyi daha təbii tərcüməni təklif edir”, deyə – məqalədə bildirilir.
DeepL-in sələfi olan Linguee layihəsinin müəllifi Cereon Fralinqdir. O, əvvəllər Google Research-də işləyirdi. Fralinqin komandasında maşın tərcüməsi sahəsində çoxillik təcrübə mövcud idi. Lakin yalnız bir il öncə bu komanda yeni sistemin üzərində ciddi şəkildə işləməyə başladı – onun adı DeepL idi
“Biz tərcümə üçün yeni ideyalarımızı özündə əks etdirən neyron şəbəkələr yaratdıq” deyə, – Fralinq bildirib. Milyarddan çox tərcümə və sorğudan əldə edilmiş böyük məlumat bazası və şəbəkədə oxşar semantik elementlərin axtarışı metodu yeni modelin təlimi üçün əsaslı təməl olub. Proqramın hesablama gücünü isə İslandiyada yerləşdirilmiş, dünya reytinqində 23-cü yerə sahib olan superkompüter təmin edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri