Google “Veo 3.1” modelini istifadəyə verib

17-10-2025 / 08:07

Google yeni nəsil süni intellekt əsaslı video generatoru Veo 3.1 modelini istifadəyə verib.

Xeberler.az bildirir ki, şirkətin açıqlamasına görə, bu versiya əvvəlkilərlə müqayisədə daha keyfiyyətli səs, realist vizual detalları və dəqiq sorğu uyğunluğunu təmin edir. Maksimum video uzunluğu 8 saniyə, təsvir keyfiyyəti isə 720p təşkil edir. Model həm şaquli, həm də üfüqi formatları dəstəkləyir.

Yeni versiya Google-un Flow servisi vasitəsilə əlçatandır. İstifadəçilərə pulsuz olaraq beş video yaratmaq imkanı verilir. Bundan sonra xidmət Google AI Pro abunəsi ilə ayda 20 dollar qarşılığında təqdim olunur.

Bundan əlavə, Google Flow platformasında video montaj funksiyasını da istifadəyə verib. Bu funksiya səsli redaktəni dəstəkləyir, kadrlara musiqi və nitq əlavə etmək, obyektləri çıxarmaq və ya əlavə etmək, həmçinin videonu bir dəqiqəyə qədər uzatmaq imkanı yaradır.

Veo 3.1 həmçinin Gemini tətbiqinə inteqrasiya olunub və yalnız abunəçilər üçün aktivdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə