BDU-da “Startap ekosisteminə giriş” mövzusunda təlim keçirilib

17-10-2025 / 14:53

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Ustad dərsləri” layihəsi çərçivəsində “Startap ekosisteminə giriş” mövzusunda növbəti təlim keçirilib. Təlim aparıcısı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalının rəhbəri dosent İsa Qasımov olub.

Xeberler.az məlumat verir ki, ustad dərsinin məqsədi tələbə və müəllimlərdə innovativ düşüncə tərzinin formalaşdırılması, startap mədəniyyətinin təşviqi və praktiki bacarıqların inkişafına dəstək verilməsidir.

Ustad dərsində bilik istehsalında və texnologiyaların transferində qlobal trendlər, təhsil proseslərində mütərəqqi yanaşmalar, intellektual kapitalın inkişafında sahibkar düşüncə tərzi, biliyin transferində startap yanaşması mövzuları ətrafında müzakirələr aparılıb. Məruzəçi qeyd edib ki, müasir dövrdə universitetlər yalnız bilik ötürən deyil, həm də innovasiyanın, tədqiqatın və sahibkarlığın əsas mərkəzinə çevrilməlidir.

Növbəti aylarda “Ustad dərsləri” layihəsi çərçivəsində İsa Qasımovun təqdimatında “Startap qurmaq və inkişaf etdirmək” və “Təqdimat bacarıqları” mövzularında da təlimlərin keçirilməsi nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə