Göz damarlarınız ilə telefonunuzu şifrələyə biləcəksiniz

06-03-2015 / 12:14

İstərdinizmi telefonunuz sizi gözünüzlə tanısın?Biometrik göz tanıma sisteminə sahib ZTE-nin telefonu Grand S3 öz fərqli xüsusiyyətini sizlərə təqdim edir.

ZTE bu il təşkil edilən Mobil Dünya Konqresi fəaliyyətinə qoşulmasa da, son texnologiyadan geri qalmır. Grand S3-ə yeni bir xüsusiyyət əlavə edən şirkət sərhədləri aşır. Grand S3-ə EyeVerify-ın EyePrint ID-si əlavə olunub. Bu xüsusiyyət ilə telefonun ön kamerası ilə bir göz tanıma sistemi reallaşdırılır. Gözdə olan hər damarın bir xəritəsi çıxarılır.

Qeyd edək ki, bu damarlar hər insanda fərqlidir.

Sistemi qurmaq üçün telefonda olan proqramı açır, ekranda bir aşağı, bir yuxarı gedən yaşıl xətləri diqqətlə izləyirsiniz. Bundan sonra telefonunuzun kilidini kimsə aça bilməyəcək. Cihazın kilidinin açılması üçün sizin gözlərinizə ehtiyac var. Şirkət bu xüsusiyyətdən ilk dəfə olduğunu dilə gətirib və digər istehsal edəcəyi cihazlarda da bu xüsusiyyətdən istifadə edəcəyini bildirib. 

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə