“Green Innovations” ekoloji startap müsabiqəsi yekunlaşıb

06-07-2022 / 10:31

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı Nümayəndəliyi və Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) dəstəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin tərəfdaşlığı, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə uşaq və gənclər arasında iqlim dəyişmələri mövzusunda “Green Innovations” ekoloji startap müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirin rəsmi açılışında “EkoSfera” SEM-in rəhbəri Firuzə Sultanzadə çıxış edib.

 

Xeberler.az bildirir ki, “Green Innovations” ekoloji startap müsabiqəsinin final mərhələsində birinci yerə Ləman Bağırlı (Suların təmizlənməsi (Flusi) layihəsi), ikinci yerə Riad Hüseynzadə (RWT meteohəssas insanlar üçün layihəsi), üçüncü yerə Ayla Ağayeva, Leyla Ağayeva (Eko çanta (Maybe Bag) layihəsi) və Fatimə Əhmədova (EcoShop layihəsi) layiq görülüblər.

 

Müsabiqənin qaliblərini KOICA-nın Azərbaycandakı nümayəndəliyinin direktoru Moon Jong Hyun təbrik edib və mükafatları təqdim edib.

 

Müsabiqənin əsas məqsədi ətraf mühitin qorunması, həmçinin iqlim dəyişikliyi istiqamətində məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik olan yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

 

Müsabiqə iki yaş qrupu üzrə (10-13; 14-16) fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində olmaqla aparılıb.

(ted.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə