Previous Next
Bağla

Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

28-11-2016 11:32
Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

Ötən ilin noyabr ayından bu ilin noyabr ayınadək Gürcüstanda Microsoft-un əqli mülkiyyət hüququnun pozulduğu 10 məhkəmə işinə baxılıb ki, bunlardan artıq yeddisi üzrə proses başa çatıb.

Xeberler.az-ın məlumatına görə, kompensasiyanın ümumi məbləği 239 min laridən çox təşkil edib ($96,1 min).

Məhkəmədə işinə baxılan şirkətlər kompensasiyanı ödəməklə yanaşı, istifadə etdikləri lisenziyasız proqram təminatlarını da leqallaşdırıb.

Hazırda Gürcüstan məhkəməsi Microsoft-un əqli mülkiyyət hüququnun pozulduğu daha üç məhkəmə işinə baxır. Müəllif hüquqlarının pozulmasına qarşı bu cür mübarizə Gürcüstanda Microsoft şirkətinin əqli mülkiyyət hüquqlarının qorunması üzrə maraqlarını təmsil edən “Business Legal Bureau” (BLB) hüquq şirkəti tərəfindən həyata keçirilir.

“Əqli mülkiyyət hüquqlarının effektiv qorunması Gürcüstanın gələcəkdə Avropa Birliyinə qoşulma səylərinin ayrılmaz bir hissəsidir. Cari qanunvericilik müəllif hüquqları sahiblərini qanunsuz proqram təminatından istifadəsi ilə mübarizə sahəsində hüquq mexanizmləri ilə təmin edir. Bu mexanizm sayəsində müəllif hüququ sahibləri inzibati, cinayət və mülki icraatları başlada bilərlər”, - deyə BLB-nin icraçı partnyoru və Microsoft-un hüquq məsləhətçisi Kaxa Şarabidze bildirib.

BSA-nın (Business Software Alliance) apardığı son qlobal araşdırmanın nəzticələrinə əsasən, 2015-ci ildə Gürcüstanda proqram təminatlarının 85%-i lisenziyasız olub ki, bunun da ümumi dəyəri $24 mln. təşkil edib.

“Qanunsuz proqram təminatından istifadə həm şirkətlər, həm də istifadəçilər üçün böyük risklər yaradır. Bu cür davranışların nəticələri bizneslər üçün tərəfdaş və investor inamının və nüfuzun itirilməsinə gətirib çıxara bilər. Qeyri-leqal proqram təminatından istifadə kibercinayətlara yaşıl işıq salır. Qurbanlara çevrilmiş istifadəçilər isə maliyyə itkiləri, əsəb pozuntusu və bəzən də məxfi məlumatların itkisi ilə öz səhvlərinin cəzasını çəkirlər. Məsələn, bu cür kiberhücumların nəticələrini aradan qaldırmaq üçün orta hesabla 45 gün vaxt tələb olunur. Bununla yanaşı, proqram təminatının daha münasib qiymətə bulud texnologiyası ilə leqallaşdırmaq mümkündür”, - deyə Microsoft Ukraine şirkətinin Əqli mülkiyyət hüquqlarının qorunması departamentinin rəhbəri Yelena Dmitriyeva qeyd edib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

07-11-2019
 Məhkəmə ABC Telecom-un müraciətini rədd edib

Məhkəmə ABC Telecom-un müraciətini rədd edib

06-09-2017
Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

30-05-2017
Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

08-11-2019
Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018
Azərbaycanda "YouTube" kanalları bağlana bilər

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021
Azərbaycanda "YouTube" kanalları bağlana bilər

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021
Rəqəmsal mühitdə müəllif hüquqlarını qoruyacaq sistem yaradılır

Rəqəmsal mühitdə müəllif hüquqlarını qoruyacaq sistem yaradılır

24-05-2021
Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016
CD-DVD bazarının pirat problemi

CD-DVD bazarının pirat problemi

21-10-2009
Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012
ADNSU Microsoft həllərindən istifadə edəcək

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018
Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

24-04-2026
Müəllif hüquqlarını qoruyan sayt istifadəyə verilib

Müəllif hüquqlarını qoruyan sayt istifadəyə verilib

25-04-2017
“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

27-11-2024
Ödənişsiz Microsoft lisenziyaları veriləcək

Ödənişsiz Microsoft lisenziyaları veriləcək

05-08-2019
Microsoft lisenziyalarının verilməsi davam etdirilir

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019
Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018
Azərbaycan proqram təminatını qanuniləşdirir...

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011
Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

31-07-2015
Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

02-12-2008
“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025
Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016
ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

09-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə