Previous Next
Bağla

Məhkəmə ABC Telecom-un müraciətini rədd edib

06-09-2017 15:22
 Məhkəmə ABC Telecom-un müraciətini rədd edib

Bakı Apellyasiya Məhkəməsi ABC Telecom (Kontakt) şirkətinin birinci instansiya məhkəməsi qərarının ləğvi ilə bağlı müraciətini rədd edib.

Xeberler.az-ın məlumatına görə, məhkəmə şirkətin Microsoft korporasiyasına qanunsuz proqram təminatının satışı ilə dəymiş zərərlə bağlı yeni ekspertizanın keçirilməsi üzrə apellyasiya şikayətini və xahişini rədd edib.

Xatırladaq ki, bu ilin may ayında Azərbaycan tarixində ilk dəfə olaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi kompüterlərə Microsoft-un lisensiyasız proqram təminatını yükləyərək satışları həyata keçirən ABC Telecom şirkətinə qarşı müəllif hüquqlarına dair Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin qərarına əsasən, ABC Telecom şirkətinə Microsoft-un lisenziyasız proqram təminatının satışı və istifadəsinə qadağa qoyulmuş və Microsoft şirkətinə dəymiş zərərin ödənilməsi sərəncamı verilib.

Sözügedən qərar apellyasiyadan öncə ali məhkəmə tərəfindən təhlil olunub. Nəticədə Bakı Apellyasiya Məhkəməsi ABC Telecom şirkətinin ilk instansiya məhkəməsinin qərarının ləğvi üzrə apellyasiya şikayətini və yeni ekspertizanın keçirilməsi üzrə xahişini rədd edib. Prosesin iştirakçıları apellyasiya məhkəməsinin qərarından kassasiya qaydasında Azərbaycan Ali Məhkəməsinə şikayət etmək hüququna malikdir.

Bu qərar lisenziyasız proqram təminatının yayılması və istifadəsinin aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinin qəti qərarını bir daha vurğulayır.

Proqram təminatının lazımi lisenziyalarsız istifadəsi və saxtalaşdırılması Azərbaycan istifadəçiləri üçün ən çox yayılmış kibertəhlükəsizlik riskləridir. Bundan irəli gələrək Azərbaycan müəllif hüquqlarının qorunması və risklərin azaldılması istiqamətində məqsədyönlü şəkildə irəliləyir.

Bir çox şirkətlər etibarlı təchizatçılardan lisenziyalı proqram təminatının alınması və proqram aktivlərinin effektiv idarə olunması (SAM) siyasəti və təcrübələrinin hazırlanması vasitəsilə kibertəhlükə risklərini azalda bilər. Lisenziyalı proqram təminatından istifadənin artımı istehlakçıların davranışında labüd dəyişikliklərə səbəb olacaq və Azərbaycanda ümumi biznes mühitinə müsbət təsir edəcək.

Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, 20162017-ci illəri əhatə əhatə edən dövri hesabata görə Azərbaycan 138 ölkə arasında 37-ci yeri tutub. Əqli mülkiyyətin qorunması ümumi qiymətə təsir edən meyarlardan biridir. Əqli mülkiyyət hüquqlarına uyğun olaraq yeni texnologiyaların geniş istifadəsi ölkədə İT sahəsinin geniş inkişafını təmin etməyə imkan yaradacaq, həmçinin milli iqtisadiyyatda vergi daxilolmalarının artmasına səbəb olacaq.

BSA-nın “Lisenziyasız proqram təminatı və kibertəhlükələr” adlı araşdırmasının nəticələrinə əsasən, zərərli proqram təminatı çox vaxt saxta proqram təminatı ilə bağlı və kibercinayətkarlar üçün mənfəətli vektor ola bilər.

 Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

30-05-2017
Bəzi saytlara qoyulan blok ləğv edilib

Bəzi saytlara qoyulan blok ləğv edilib

27-09-2019
Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

28-11-2016
Azərbaycan proqram təminatını qanuniləşdirir...

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011
Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016
Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016
Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018
Blogger Adnan Hacızadə azadlığa buraxıldı

Blogger Adnan Hacızadə azadlığa buraxıldı

18-11-2010
Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016
Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

02-12-2008
Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012
Məhkəmələrə elektron müraciət etmək imkanı genişləndirilib

Məhkəmələrə elektron müraciət etmək imkanı genişləndirilib

21-08-2024
DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

23-04-2014
MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016
Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

07-05-2015
Azərbaycanda istifadədə olan proqram təminatlarının 81 faizi lisenziyasızdır

Azərbaycanda istifadədə olan proqram təminatlarının 81 faizi lisenziyasızdır

07-06-2018
Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019
ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016
ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016
ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016
Provayder Bakı Metropolitenini məhkəməyə verib

Provayder Bakı Metropolitenini məhkəməyə verib

28-06-2017
Bakcell ANS-i məhkəməyə verib

Bakcell ANS-i məhkəməyə verib

30-03-2018
Bəzi saytların bloklanması ilə bağlı qərar qüvvədə qalıb

Bəzi saytların bloklanması ilə bağlı qərar qüvvədə qalıb

04-06-2018
“ABC-TELECOM” MMC ilə bağlı qərar qəbul olunub

“ABC-TELECOM” MMC ilə bağlı qərar qəbul olunub

07-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə