Previous Next
Bağla

Rəqəmsal mühitdə müəllif hüquqlarını qoruyacaq sistem yaradılır

24-05-2021 16:39
Rəqəmsal mühitdə müəllif hüquqlarını qoruyacaq sistem yaradılır

Azərbaycanda rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən onlayn qaydada istifadəsinə əsaslanan DRM (Digital Rights Management) sisteminin tətbiqi tam olaraq gələn ilin əvvəlindən nəzərdə tutulur.

Xeberler.az bildirir ki, bunu Azərbaycan Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq proqram təminatının yaradılması üzrə aparılan işlərin tamamlanması qrafikə uyğun ötən ilin sentyabr ayına nəzərdə tutulsa da, pandemiya səbəbindən anlaşılan çətinliklər yarandı ki, bu səbəbdən işlər bu ilin sonunadək uzadıla bilər.

"Bildiyimiz kimi, Avropa İttifaqının maliyyələşdirdiyi "Twinning" layihəsi mövcuddur ki, bu da özündə Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin həm institusional potensialının artırılmasını, həm də rəqəmli şəbəkələrdə hüquqların təmin edilməsi ilə bağlı Milli Rəqəmsal Aqreqatorun yaradılmasını nəzərdə tutur. Burada böyük ehtimalla meta-data yanaşması olacaq ki, bu da nəinki fərdi əsərlərin qeydiyyatını, hətta xalçaların, muzey eksponatların, filmlərin və bütün mədəni tarixi irsin bu aqreqatorda toplanmasını nəzərdə tutur", - deyə N. Quliyev qeyd edib.

Mərkəzin direktoru əlavə edib ki, bu günə artıq 4 minə yaxın folklor nümunəsi, musiqi əsərləri ilə bağlı məlumatlar sözügedən platformaya daxil edilib.

Qeyd edək ki, sistemin tətbiqi müəllif hüquqlarının rəqəmsal mühitdə qorunması ilə yanaşı, müəlliflərə yaratdıqları əsərlərdən qonorar əldə etmələrinə də imkan yaradacaq. Bu isə, öz növbəsində, yeni əsərlərin yaradılmasının intensivliyini stimullaşdıracaq.

 

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda rəqəmli hüquqların idarəetmə sistemi tətbiq olunub

11-02-2020

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

07-11-2019

CD-DVD bazarının pirat problemi

21-10-2009

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025

Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

24-04-2026

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018

Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

28-11-2016

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

27-11-2024

ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

09-12-2025

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

26-04-2024

“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

16-04-2026

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

10-10-2018

Komitə sədri: Süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb

24-04-2026

Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

11-02-2019

Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

08-11-2019

Müəllif hüquqlarını qoruyan sayt istifadəyə verilib

25-04-2017

AMEA-nın vitse-prezidenti: Təhsildə süni intellekt ziyanverici rol oynayır

24-04-2026

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

28-10-2024

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçirilir

02-12-2024

Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub

06-06-2018

23 Aprel - Ümumdünya əqli mülkiyyət günüdür

23-04-2009

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə