Previous Next
Bağla

Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

08-11-2019 10:06
Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.

Seminardan öncə nazir Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger arasında ikitərəfli görüş keçirilib. Görüşdə əqli mülkiyyət hüquqlarının qorunmasında kibertəhlükəsizliyin rolu müzakirə olunub. Əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsulları haqqında fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır. “Lisenziyalı proqram təminatlarından istifadə bilavasitə əqli mülkiyyət hüquqlarının qorunmasına, kiber risklərin azaldılmasına xidmət edir, informasiya sistemlərinin və fərdi məlumatların mühafizə səviyyəsini artırır”,- deyə nazir bildirib.

Ramin Quluzadə çıxışı zamanı vurğulayıb ki, əqli mülkiyyət hüquqlarının qorunması ölkələrdə sahibkarlığın inkişaf etdirilməsinə və xarici sərmayələrin cəlb olunmasına əhəmiyyətli şəkildə təsir edir. “Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının vacib istiqamətlərindən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Azərbaycan 2015-ci ilin Qlobal Rəqabətlilik Hesabatında “Əqli mülkiyyətin qorunması” alt-indeksi üzrə 92-ci yeri tutduğu halda, bu sahədə aparılan davamlı islahatlar nəticəsində 2019-cu ilin hesabatında 70,4 balla dünya ölkələri arasında 30-cu yerə yüksəlmişdir. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini geridə qoyur”.

Nazir bildirib ki, islahatların davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, ölkəmizin beynəlxalq reytinqlərinin yaxşılaşdırılması, əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsullarının, eləcə də idarəetmə və təhlükəsizliyin təkmilləşdirilməsi məqsədilə dövlət qurumları üçün “Microsoft” şirkətinin lisenziyalı proqram təminatlarının alınması həyata keçirilib. “Bu məqsədlə 2018-ci ildə “Microsoft” şirkəti ilə 3 illik müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, 20 000 ədəd Windows əməliyyat sistemi, 20 000 ədəd Microsoft Ofis və 100 ədəd server lisenziyaları əldə edilmişdir. Layihə üzrə Microsoft lisenziyalarının dövlət büdcəsindən maliyyələşən 63 dövlət qurumuna təhvil verilməsi planlaşdırılmışdır”.

43 dövlət qurumu, 9 təhsil ocağına lisenziyaların verildiyini deyən nazir bununla yanaşı, dövlət qurumları, təhsil ocaqları və tələbələr tərəfindən lisenziyaların daha asan və qısa müddətdə ala bilməsi üçün 3 portal yaradıldığı barədə məlumat verib. Dövlət qurumları, təhsil ocaqları və tələbələr aidiyyəti portallara öncədən ayrılmış şəxsi hesab vasitəsilə lisenziyalarını əldə edə bilirlər.

Ramin Quluzadə həmçinin qeyd edib ki, “Microsoft” şirkəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “AzİnTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mövcud tərəfdaşlıq münasibətlərinə əsasən, AzCloud bulud xidmətləri kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər üçün “Microsoft” məhsullarının müəyyən lisenziyaları aylıq şərtlərlə icarəyə verilir.

Sonda nazir ölkəmizdə lisenziyalı proqram təminatından istifadənin genişləndirilməsi üzrə həyata keçirilən işlərin dövlət qurumları və şirkətlərin fəaliyyətinə öz müsbət təsirini göstərəcəyinə və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin daha da güclənəcəyinə əminliyini ifadə edib.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger çıxışı zamanı bzines və dövlət strukturlarında kibertəhlükəsizliyin təmin edilməsi üçün lisenziyalı proqram təminatlarından istifadənin vacibliyini vurğulayıb. “Lisenziyasız proqramlardan
istifadə həm vaxt, həm də maliyyə itkiləri ilə nəticələnir. Dünyada belə proqramlardan istifadə edən şirkətlər ümumilikdə illik 359 milyard dollar itkiyə məruz qalır”-deyə səfir məlumat verib.

Daha sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxış edərək, ölkəmizdə əqli mülkiyyət sahəsindəki problemlər və atılacaq addımlardan danışıb.

Kibertəhlükəsizlik və kommunikasiya ilə əlaqəli siyasətin icarası üzrə Amerikalı mütəxəssis Mark Pfeifle kibertəhlükəsizliyin dövlət təhlükəsizliyi və maraqları ilə birbaşa bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə lisenziyasız proqram təminatlarndan istifadə dövlətlərin milli təhlükəsizliyinə təhdiddir.

Tədbir proqram təminatı və bulud texnologiyaları üzrə ixtisaslaşmış yerli və beynəlxalq şirkət nümayəndələrinin məruzələri ilə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

07-11-2019
Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

24-04-2026
“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025
Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019
İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

29-10-2018
Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

28-11-2016
“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

26-04-2024
Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018
“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

27-11-2024
Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018
Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

10-10-2018
Microsoft lisenziyalarının verilməsi davam etdirilir

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019
Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub

Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub

06-06-2018
Ödənişsiz Microsoft lisenziyaları veriləcək

Ödənişsiz Microsoft lisenziyaları veriləcək

05-08-2019
CD-DVD bazarının pirat problemi

CD-DVD bazarının pirat problemi

21-10-2009
“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

16-04-2026
ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

09-12-2025
“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

30-09-2024
Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

11-02-2019
Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb

11-09-2024
Cenevrədə innovativ və yüksək texnologiyalar üzrə Azərbaycan startaplarının təqdimatı olub

Cenevrədə innovativ və yüksək texnologiyalar üzrə Azərbaycan startaplarının təqdimatı olub

20-12-2018
Azərbaycanda "YouTube" kanalları bağlana bilər

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021
Azərbaycanda "YouTube" kanalları bağlana bilər

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021
Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə