Previous Next
Bağla

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016 12:00
Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

BSA-ın apardığı tədqiqata əsasən, 1%-lik cüzi azalmaya baxmayaraq Azərbaycanda lisenziyasız proqram təminatından istifadə səviyyəsi region üzrə ən yüksək göstəricilərdən biri hesab olunur.

Bu da, öz növbəsində, kibertəhlükəsizliyi təhdidə məruz qoyur.

Kiberhücumların yüksək risklərinə baxmayaraq, Azərbaycanın kompüter istifadəçilərinin əksər hissəsi kompüterlərinə qanunsuz proqram təminatının quraşdırımasını davam edir.

Xeberler.az-ın məlumatına görı, bu barədə BSA (Proqram Təminatı İstehsalçıları Assosiasiyası) tərəfindən keçirilmiş yeni “Proqram təminatı üzrə qlobal tədqiqat”ında (2016 Global Software Survey) qeyd olunub.

Builki tədqiqat onu göstərib ki, Azərbaycanda kompüterlərə quraşdırılmış proqram təminatının 84%-i qeyri-leqaldır. BSA-ın bundan öncə hazırladığı tədqiqatla müqayisədə ölkədə piratçılığın səviyyəsi cəmi 1% azalıb: 2014-cü ildə bu göstərici 85% təşkil edib.

Lisenziyasız proqram təminatı səviyyəsini azaltmağa cəhd göstərən digər postsovet ölkələrində bu göstərici 1-6% civarında azalıb. Ən yüksək nəticəni Gürcüstan əldə edib – 6%. Şimali Amerika əvvəllər olduğu kimi öz regionunda ən aşağı göstəriciyə malikdir – 17%. Qərbi Avropada ümumi göstərici 1% azalaraq 28% təşkil edib.

Regionun digər ölkələrində piratçılığın səviyyəsi bu cürdür: Russiyada – 64%, Latviyada – 49%, Litvada – 51%, Polşada – 48%, Estoniyada – 42%.

BSA-nın tədqiqatına əsasən, dünya üzrə 2015-ci ildə kompüterlərə quraşdırılmış proqram təminatlarının 39%-i lisenziyasız olub. Əvvəlki illər üzrə hazırlanan tədqiqatların nətivələri ilə müqayisədə bu göstərici 4% azalıb. “Microsoft”un Kibercinayətlərələ Mübarizə üzrə Beynəlxalq Mərkəzin məlumatına görə, MDB vətəndaşlarının 80%-ə yaxını keçmişdə cinayətkarlıqla rastlaşıb, kiçik və orta bizneslərin 97,5%-i isə ildə ən azı bir dəfə kibertəhlükəyə məruz qalıb.

Piratçılığa qarşı mübarizə məqsədilə Microsoft yalnız lisenziyalaşdırılmış proqram təminatından yararlanmağı, mütəmadi olaraq korporativ təhlükəsizliyin əsaslarına dair müntəzəm təlimlər keçirməyi, həmçinin məlumatların qorunması üçün xüsusi cihaz və proqram təminatlarından istifadə etməyi tövsiyə edir.

Microsoft-da hesab edirlər ki, bir çox şirkətlər Azərbaycanda mövcud qanuni mənbələrdən əldə edilən proqram təminatının aktivlərini idarə edən proqramlardan (SAM – Software Asset Management) istifadə edərək lisenziyasız proqram təminatı ilə bağlı kibertəhlükəsizlik risklərini azalda bilər.

“Yüksək texnologiyalar vasitəsilə həyata keçirilən cinayət təhdidi daim artır. Kiberhücumlarla lisenziyasız proqram təminatından istifadə arasında əlaqə olduqca böyükdür. Hər il yaradılan 300 milyondan çox yeni tipli zərərli proqramlar – gündə 1 milyondan artıq yeni kibertəhlükə deməkdir. Azərbaycan şirkətlərinin daha yeni və yüksək səviyyəli iqtisadi effektivliyi və təhlükəsizliyi təmin etmək üçün biz effektiv SAM proqramlarından yararlanmağı və əməkdaşların yüksək bilik səviyyəsini təmin etməyi tövsiyə edirik. Fikrimizcə, bu müsbət tendensiyanı elə möhkəmləndirmək lazımdır ki, Azərbaycan Avropa standatrlarına yaxın olsun”, - deyə Microsoft-un Proqram aktivlərinin idarə olunması və lisenziyalaşdırma şərtlərinə riayət olunmasının yoxlanılması şöbəsinin rəhbəri Dmitri Beresnev bildirib.

Tədqiqatın daha ətaflı nəticələri ilə buradan tanış olmaq mümkündür.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016

Azərbaycanda kibertəhlükələr artır- Microsoft xəbərdarlıq edir

11-03-2016

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012

Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

30-05-2017

Azərbaycanda istifadədə olan proqram təminatlarının 81 faizi lisenziyasızdır

07-06-2018

Microsoft Azərbaycan bankının kompüter avadanlığını yoxlayıb

09-03-2018

Məhkəmə ABC Telecom-un müraciətini rədd edib

06-09-2017

Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

30-10-2017

DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

23-04-2014

"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

10-06-2020

Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

28-11-2016

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011

Ölkədə proqram təminatı sahəsində piratçılıq azalıb

15-01-2016

Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

07-05-2015

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019

Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

02-12-2008

“Azərbaycanda piratçılıq səviyyəsi 90 faiz təşkil edir”

15-12-2009

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018

Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

08-11-2019

Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

31-07-2015

Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

20-05-2015

Rusiya pirat proqram təminatlarından istifadə edəcək

05-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə