Previous Next
Bağla

HackDay 2016 başladı- Fotolar

10-03-2016 12:36
HackDay 2016 başladı- Fotolar

Məlumat verdiyimiz kimi, Barama İnnovasiya Mərkəzi tərəfindən Bakıda gənc proqramçılar üçün HackDay təşkil edilib.

Xeberler.az-ın məlumatına görə, bu gün səhər saatlarından etibarən HackDay 2016 başlayıb.

Belə ki, tədbir Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində  "Python ilə proqramlaşdırmanın əsasları" adlı təlim ilə fəaliyyətinə başlayıb.

Qeyd edək ki, 13 komandanın iştirak edəcəyi bu yarışın ilk 2 günündə proqramçılar təlimlərdə iştirak edərək biliklərini daha da təkmilləşdirəcək.

Tədbirin açlışında  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin kordinatoru Fidan Tofidi HackDay barədə ətraflı məlumat verib, komandalara uğurlar arzulayıb.

 Daha sonra  Sumaks şirkətindən dəvət olunmuş proqramçı Cahangir Şəbiyev də iştirakıçlara ətraflı məlumat verib.

Bu gün "Web server təhlükəsizliyi və qorunma üsulları”, Python dili , proqramlaşdırılma ilə bağlı təlimlər keçiriləcək.

Yarış  martın 12-də 09:00-da başlayacaq.

36 saat davam edən yarışma 13 mart 21:00 dayandırılacaq. 14 mart 10:00-da baş tutacaq mükafatlandırma mərasimi ilə HackDay2016 yarışı yekunlaşacaq. Proqramçılar bu müddət ərzində yarışın “Code. Eat. Sleep” (Kodlaşdır. Ye. Yat) şüarına uyğun olaraq yatmadan işləyəcəklər.

Azercell-in baş sponsorluğu, PAŞA Bank və Huawei Mobile Azərbaycanın sponsorluğu  ilə təşkil olunan yarışda 1-ci yerə layiq görülən komanda üzvləri Huawei şirkəti və Azercell tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılacaq. Yarış müddətində proqramçıların yemək təminatını isə PizzaMizza şirkəti öz öhdəsinə götürüb.

Tədbirin rəsmi informasiya dəstəyi technote.az informasiya portalıdır.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Onlar 36 saat yatmayacaq- Yarışma

04-03-2016

Proqramçılar arasında keçirilən yarış canlı yayımlanır – Video

12-03-2016

HackDay-də iştirak edən komandaların adları açıqlandı

09-03-2016

HackDay-in qalib proqramçıları açıqlanıb

14-03-2016

Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

05-11-2016

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

“Gecə kod yazmaq daha maraqlıdır”- Yuxusuz qalan proqramçılar danışır

13-03-2016

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018

TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

18-10-2016

Proqramçılar arasında keçirilən yarışın qalibləri açıqlandı

25-04-2017

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016

Proqramçılar üçün yarış elan edilib

23-10-2017

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Proqramçılar arasında keçirilən yarışın qalibləri-Foto

02-11-2017

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016

Qadın proqramçılarımızın yarışı keçiriləcək

11-10-2016

Barama mərkəzində A’Startap Sammiti keçirildi.

24-07-2018

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018

Məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri keçiriləcək

17-07-2018

“Barama İnkubasiya 2021” proqramı davam edir

09-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə