Previous Next
Bağla

Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

13-02-2024 16:27
Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

Azərbaycanda dövlət və biznes sektorunda süni intellektdən istifadə ilə bağlı vəziyyəti müəyyən etmək üçün qısa bir araşdırma apardım. Vəziyyət təxminən belədir :

1. Hələlik süni intellekt sahəsinə real investisiya yatıran, real iş görməyə başlayan dövlət qurumu Dövlət İmtahan Mərkəzidir. DİM bununla bağlı tender elan edib. Tenderin qalibi də məlumdur, müqavilələr imzalanıb. Bu, yerli Robotronics şirkətidir. Qurum bu işdə ETN İdarəetmə Problemləri İnstitutu (keçmiş Kibernetika) ilə əməkdaşlıq edir.
DİM vətəndaş müraciətlərini süni intellekt texnologiyası əsasında cavablandıran sistem – robot operator hazirlayır. Ən yaxın zamanda test rejimində işə başlaması gözlənilir

2. Süni intellektin tətbiqi sahəsində ciddi açıqlamalar verən dövlət qurumlarından biri də ASAN-dır. Qurum rəhbərliyi bir neçə dəfə həm xarici partnyorlarla , həm də yerli süni intellekt həlləri hazırlayan komanda ilə işbirliyi quraraq 108 Çağrı Mərkəzində süni intellekt həllərinin tətbiqinə start verildiyini açıqlayıb.
Mahiyyəti ondan ibarətdir ki, vətəndaşların yazılı olaraq deyil, şifahi formada , səslə müraciətləri süni intellekt texnologiyası əsasında cavablandırılacaq.
Yəni burada da söhbət robot operatorun – ASAN Bot-un yaradılmasından gedir.
Bildiyim qədər ASAN da yuxarıda adı çəkilən şirkətlə əməkdaşlıq etməyi nəzərdə tutub, lakin rəsmi açıqlama olmayıb.
Hələlik adı çəkilən sistem ortada yoxdur, hansısa müqavilələrin bağlanması haqqında da məlumatlar yoxdur

3. İRİA-nın yeni rəhbərliyi 2022-ci ilin sonunda məhkəmə sistemində süni intellekt tətbiqinə başlayacaqlarını açıqlamışdı. Lakin sonradan bu söhbət yığışdırıldı.
Bildiyim qədər hazırda Ali Məhkəmə süni intellekt platformasında çalışan sistemi testdən keçirir. Bununla bağlı açıqlama da verilmişdi . Sistemin mahiyyəti ondan ibarədir ki, vətəndaşlar məhkəməyə müraciət etməzdən əvvəl oxşar məhkəmə işləri ilə bağlı formalaşmış məhkəmə təcrübəsinin təhlili, mübahisəyə dair məhkəmələrin hüquqi mövqeyinin öyrənilməsi və həmin mübahisənin məhkəmə perspektivi haqqında anında məlumat əldə edəcək

4. Azercell (Aicell) və ABB də vətəndaş müraciətlərini cavablandırmaq üçün süni intellekt həllərinin hazırlandığını rəsmi olaraq açıqlayıblar

5. A2Z şirkəti tərəfindən də bəzi qurumların fəaliyyətinin effektiv qurumlası üçün müəyyən süni intellekt həllərinin hazırlanması haqqında məlumatlar verilib

6. Azərkosmos və SOCAR, RİNN və Mərkəzi Bank da süni intellekt sahəsində hansısa layihələr icra etdiklərini , data və süni intellekt ekosistemin inkişafında dəstək verəcəklərini vaçıqlayıblar. Lakin real olaraq hələlik ciddi işlər ortada görünmür

7. ADA, AzTU, BANM və ADNSU, ETN –in İdarətmə Problemləri və İnformasiya Texnologiyaları İnstitutları da süni intellekt və data sektorunda tədqiqatlar və kadr hazırlığı istiqamətində müəyyən layihələr icra etdiklərini açıqlayıblar

Xatırladırm ki, Azərbaycanda süni intellekt texnologiyasının inkişaf etdirilməsi ilə dövlət sektorunda iki qurum, İqtisadiyyat Nazirliyi yanında 4SİM qurumu, RİNN yanında Azərbaycan Süni İntellekt Laboratoriyası fəaliyyət göstərir.
Hər iki qurum data və süni intellekt sahəsində strategiyanın hazırlanacağını bildirsə də hələlik belə bir layihələr ortada yoxdur.

Beləliklə görünən odur ki, ölkəmizdə bu sahənin inkişafı istiqamətində müəyyən addımlar atılsa da hələlik real nəticələr barmaqla sayıla bilər.
Dünya trendlərinə baxand görmək olar ki onlar milli strategiyalarında artıq İKT-dən gələn gəlirlərdən deyil məhz süni intellektdən əldə olunan gəlirdən və üstünlüklərdən danışırlar.

Düşünürəm ki səlahiyyətli qurumlarımız bu sahəyə diqqəti çox artırmalıdırlar. Bu sahədə işlər çox ləng gedir.
Maraqlı tərəflərin səylərini bir yerə cəmləşdrimək, prioritetləri müəyyənləşdirmək lazımdır. Milli Korpus hazırlanmalıdır. Dövlətin əlində toplanan nəhəng datadan effektiv sitifadə məsələləri gündəmə gətirilməlidir. Bura investisiyalar yatırılmalıdır.

Osman Gündüz

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025

Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

27-03-2024

Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır - Ekspert

02-04-2025

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

16-12-2022

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

20-02-2026

ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

04-04-2025

Dövlət qurumları hansı süni intellekt layihələri təqdim edib? - Təhlil

03-10-2025

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025

Dövlətə məxsus datalar nə zaman biznes üçün, universitetlər və tədqiqatlar üçün əlçatan olacaq?

17-01-2024

Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək

13-05-2016

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025

Azərbaycanda süni intellekt üzrə kadrlar hazırlayan akademiya

16-02-2023

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19-03-2025

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026

Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

15-01-2026

Süni İntellekt Sistemləri hazırlayan startap 15 milyon dollar investisiya əldə edib

28-03-2025

Azərbaycanın mütəxəssisləri tərəfindən süni intellekt proqram təminatı hazırlanıb

29-01-2024

Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

22-11-2023

IBM: Maliyyə sektorunda süni intellekt mərhələsi başlayır

29-09-2025

Texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

19-03-2025

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə