Previous Next
Bağla

Dövlət qurumları hansı süni intellekt layihələri təqdim edib? - Təhlil

03-10-2025 15:16
Dövlət qurumları hansı süni intellekt layihələri təqdim edib? - Təhlil
"Son illər süni intellekt sahəsilə maraqlanan və investisiya edən dövlət qurumlarının sayı xeyli artıb. Prezident tərəfindən Süni İntellekt Strategiyası təsdiqləndikdən sonra isə bu proses daha da sürətlənib".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Osman Gündüz qeyd edib ki, belə dövlət layihələri aşağıdakılardır:
 
1. Elm və Təhsil Nazirliyi – Nazir Emin Əmrullayev “Rəqəmsal məktəb” layihəsi çərçivəsində şagird və müəllimlər üçün süni intellekt əsaslı chatbot hazırlandığını açıqlayıb. Bu resurs Azərbaycan tarixi, Azərbaycan dili və digər əsas fənlər üzrə şagirdlərə və müəllimlərə dəstək verəcək. Nazirlik Sİ sahəsində qlobal şirkətlərlə də əməkdaşlıq edir.
 
2. Dövlət İmtahan Mərkəzi – 2023-cü ildə süni intellekt əsaslı səsli bot sisteminin alınmasına 43.500 manat ayıraraq bu sahəyə vəsait yönəldən ilk qurumlardan olub. Tenderi “ROBOTRONICS” şirkəti qazanıb.
 
3. Ədliyyə Nazirliyi – mövcud və mükəmməl e-qanun bazası əsasında e-qanun.ai adlı süni intellekt platformasını istifadəyə verib. Layihə AZCON-un tərkibindəki “Milli Süni İntellekt Mərkəzi” MMC (keçmiş Aİ Lab) tərəfindən hazırlanıb.
 
4. İqtisadiyyat Nazirliyi – iki böyük layihəyə vəsait ayırıb:
 
- Çağrı mərkəzi üçün nitq analitik platforması (1.722.999 manat, qalib “SMART Solutions Group”).
- Sənaye 4.0 Akselerasiya Mərkəzi və Süni İntellekt Laboratoriyası (603.216 manat, qalib “Bakinity Distribution”).
- SOCAR -ın da qlobal şirkətlərlə birgə Aİ layihələri var
 
5. MİDA – “Güzəştli mənzil” sistemi üçün 24/7 texniki dəstək və süni intellekt monitorinqi (1.569.400 manat). Tender qalibi – RİSK şirkəti.
 
6. Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu – su ehtiyatlarının idarəsində AI və innovativ həllərə dair bootcamp (79.239 manat).
 
7. Kənd Təsərrüfatı Nazirliyi – McKinsey & Company ilə 10 mln. manatlıq müqavilə imzalayıb. Layihə aqrar sektorun inkişafı üçün proqnozlaşdırma sistemlərinin AI modelləri əsasında qurulmasını hədəfləyir.
 
8. RİNN və Mərkəzi Bank – 2024-cü ildə süni intellekt sahəsində ixtisaslaşmış startap və şirkətləri ölkəyə cəlb etmək üçün Süni İntellekt Alyansı yaradılıb, lakin nəticələri hələlik görünmür.
 
9. ABB – Sİ sahəsində banklar arasında daha çox fərqlənir. Bir neçə AI və ML layihələrinə start verib, AI Factory yaradıldığını elan edib.
 
10. Ali Məhkəmə və RİNN – məhkəmə sistemində tətbiqi nəzərdə tutulan AI həlli üzərində iş aparır. Bu sistem vətəndaşların məhkəməyə müraciət etməzdən əvvəl oxşar işlər üzrə təcrübəni öyrənməsinə imkan verəcək. Hələlik yekunu haqqında məlumat verilməyib.
 
11. Daxili İşlər Nazirliyi – polis sistemində süni intellektin tətbiqi üçün geniş layihəyə start verib. Yol xəritəsi, monitorinq və analitik təhlil mexanizmləri, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə əsaslandırmalar, süni intellekt həlləri hazırlanır.
 
12. Milli süni intellekt həlləri üçün infrastruktur layihələri.
- İqtisadiyyat Nazirliyinin dəstəyilə CASPEL şirkəti DELL texnologiyası əsasında SUPERKOMPÜTER MƏRKƏZİ qurur.
- AZCON tabeliyində AzInTelecom-un dəstəyilə "İnnovativ Layihələr Mərkəzi" şirkəti Lenovo texnologiyası ilə SUPERKOMPÜTER MƏRKƏZİ qurur.
Hər iki layihə hələlik başa çatdırılmayıb.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025

Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

13-02-2024

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023

İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”ndə süni intellekt tətbiq olunacaq

05-03-2025

Elm və Təhsil Nazirliyi süni intellekt kursunu dəyişmir - Ekspert

10-07-2025

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025

Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

11-02-2026

Rasim Əliquliyev: “Əsas vəzifələrimizdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır”

10-04-2023

Nvidia Səudiyyə Ərəbistanının süni intellekt startapı ilə saziş imzalayıb

15-05-2025

Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır - Ekspert

02-04-2025

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025

BDU-da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06-08-2025

Osman Gündüz: Süni intellektdə yeni səhifə - Azərbaycan–BƏƏ əməkdaşlığı

17-09-2025

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026

Azərbaycan və BƏƏ növbəti Süni İntellekt üzrə əməkdaşlıq edəcək

16-09-2025

Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

15-01-2026

“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

25-01-2025

Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

13-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə