Previous Next
Bağla

ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu

04-04-2025 20:36
ASAN Xidmətin "Publik Data Portalı" və Dövlət İdarəçiliyində Süni İntellektin Rolu
Bu gün ASAN xidmət”in “Publik data portalı" təqdim olunub.
 
Xeberler.az məlumat verir ki, təqdimatda iştirak edən Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Osman Gündüz bildirib ki, agentliyin bu addımı vətəndaş iştirakçılığının təşviqi, hesabatlılıq, biznes və akademik mühit üçün faydalılıq baxımından çox təqdirəlayiq bir addımdır:
 
"Görünən odur ki, ASAN öz sahəsi üzrə süni intellekt və data məsələlərinə, mövcud datadan daha səmərəli istifadə edilməsinə, konkret sahələr üzrə fayda verən süni intellekt həllərinin hazırlanmasına xeyli diqqət yetirib. Ortada konkret, işlək nümunələr var.
 
Ümid edirəm buradakı açıq data hələlik çox " kasıb" olan "Açıq hökumət" portalına da inteqrasiya olunacaq".
 
Ekspert qeyd edib ki, tədbirin daha maraqlı hissəsi həm də "Dövlət idarəetməsində data əsaslı qərar qəbuletmə” mövzusunda panel müzakirələr oldu:
 
"Bu sahədə bizdə müəyyən irəliləyişlər olsa da ciddi problemlər qalır.
 
Düzdür, panelçilər maraqlı məlumatlar təqdim etdilər, süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübələri bölüşdülər, amma sektordakı əsas çağırışlar elə də qabardılmadı.
 
Hazırda ölkədə dövlətə məxsus nəhəng data formalaşıb. Amma ondan effektiv istifadə sahəsində ciddi problemlər var.
 
Konkret desək, bəzən açıq-aşkar görünür ki hansısa bir sahə üzrə absurd qərarlar var, amma dövlətin əlində olan data tam başqa bir qərar diqtə edir.
 
Konkret bu sahədə pərakəndəlik daha çox gözə çarpır.
 
Sektor üzrə səlahiyyətli qurum olan İRİA-dan bu sahədə gözləntilər daha çoxdur".
 
Osman Gündüz bildirib ki, hələ də dövlətə məxsus datanın üzərində "oturub" heç kimə vermərəm deyənlər, bu datanın üzərində "özəl biznes" qurub başqalarına giriş verməyənlər, inteqrasiya etmək istəməyənlər, süni surətdə prosesi ləngidənlər yetərincədir:
 
"Bəzi dövlət qurumlarında olan "çirkli data" isə bir başqa problemdir. Dövlət qurumları bu tip datanın dürüstləşdirilməsi və emalı üçün, inteqrasiya üçün istifadə olunacaq səviyyəyə gətirilməsi istiqamətində ciddi işlər görməlidir.
 
Son illərdə İRİA tərəfindən bu istiqamətdə bir xeyli işlər görülsə də məhz bu amil bu sahənin inkişafına ciddi əngəl yaradır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"ASAN xidmətin" "Publik data portalı" istifadəyə verilib

"ASAN xidmətin" "Publik data portalı" istifadəyə verilib

04-04-2025
Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?

Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?

11-10-2022
Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025
Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

13-02-2024
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
Elektron Hökumətin İnkişafı Mərkəzinin bir ili tamam oldu

Elektron Hökumətin İnkişafı Mərkəzinin bir ili tamam oldu

13-03-2019
Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026
Dövlətə məxsus datalar nə zaman biznes üçün, universitetlər və tədqiqatlar üçün əlçatan olacaq?

Dövlətə məxsus datalar nə zaman biznes üçün, universitetlər və tədqiqatlar üçün əlçatan olacaq?

17-01-2024
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026
Datanın tətbiq sahələrində karyera adlı seminar keçiriləcək

Datanın tətbiq sahələrində karyera adlı seminar keçiriləcək

11-09-2019
Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025
“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

20-11-2025
Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

11-02-2026
Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024
Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

09-06-2026
Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

19-08-2020
Ekspert : Artıq 2 ili tamam olan DATA Mərkəz gözləntiləri doğruldubmu?

Ekspert : Artıq 2 ili tamam olan DATA Mərkəz gözləntiləri doğruldubmu?

12-03-2019
"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

27-01-2023
Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

22-11-2023
Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

10-04-2026
MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025
Ekspert: Kim hazırdır, kim geridə qalır? AI reytinqində Azərbaycanın mövqeyi

Ekspert: Kim hazırdır, kim geridə qalır? AI reytinqində Azərbaycanın mövqeyi

07-01-2026
Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

14-08-2025
Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

19-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə