Previous Next
Bağla

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025 15:12
Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?
"Dövlət qurumları yavaş-yavaş süni intellekt layihələrinin reallaşmasına resurslar ayırmağa başlayıb. 2024-cü ildə bir neçə süni intellekt layihələri ilə üzrə tenderlər olub".
 
Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sosial media hesabında paylaşıb.
 
Ekspert bildirib ki, İqtisadiyyat Nazirliyi “Çağrı Mərkəzində süni intellekt həllərinin tətbiqi üçün proqram təminatının hazırlanması və əlaqədar xidmətlər” üçün 1.722.999 manat vəsait ayırıb:
 
"Tenderin qalıbi "SMART Solutions Group" şirkəti olub. Şirkət layihə çərçivəsində “Nitq analitik platforması”nın hazırlanmasını, məlumatların öyrənilməsi və təhlil işlərinin aparılmasını, ilkin sınaqların aparılmasını, Böyük Dİl Modelinin təlimini, çatbot idarəetmə platforması hazırlamalıdır.
 
Layihənin icrası ilə bağlı məlumatlar hələlik açıqlanmayıb".
 
Osman Gündüzün sözlərinə görə, MİDA isə "Güzəştli mənzil" sistemi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinin göstərilməsi üçün 1.569.400 manat ayırıb:
 
"Tenderin qalibi RİSK şirkəti olub. Şirkət MİDA sisteminin dayanıqlığı və təhlükəsziliyinin təmin edilməsi üçün platforma hazırlayacaq.
 
Layihənin yekunu haqqında hələlik məlumatlar yoxdur".
 
Ekspert qeyd edib ki, İqtisadiyyat Nazirliyi daha bir süni intellekt layihəsi, “Sənaye 4.0 Akselerasiya Mərkəzinin və Süni İntellekt Laboratoriyası”nın yaradılması üçün 603.216 manat ayırıb:
 
"Bu layihəni "BAKİNİTY DİSTRİBUTİON" şirkəti qazanıb. Şirkət Analitik sistem üçün Vahid Saxlama Sistemi –server və digər avadanlıqlar alacaq, laboratoriya quracaq.
 
Bu layihənin icrası haqqında da hələlik yetərli məlumatlar yoxdur".
 
Ekspert bildirib ki, "SU VƏ MELİORASİYA ELMİ TƏDQİQAT İNSTİTUTU" isə “Su ehtiyatlarının idarə olunmasında süni intellekt və digər innovativ həllərə dair bootcamp-in təşkili xidmətinin satın alınması”na 79.239 manat ayırıb. Layihənin icrası ilə bağlı məlumat yoxdur.
 
Osman Gündüz xatırladıb ki, 2023-cü ildə yalnız bir süni intellekt əsaslı layihə tenderə çıxarılıb:
 
"DİM “Çağrı mərkəzi üçün süni intellekt əsaslı Səsli bot sisteminin satın alınması” layihəsinə 43.500 manat ayırmışdır. Tenderi "ROBOTRONICS" şirkəti qazanıb.
 
Şirkət eyni anda daxil olan çoxsaylı zəngləri cavablandıra bilən sistem formalaşdırmalı, şifahi dialoq apara bilən bot üçün proqram təminatını hazırlamalı , süni intellekt sistemini yaratmalı və data toplanmasını, zəng səs yazıları arxivi formalaşdırmalıdır".
 
Ekspertin sözlərinə görə, ABB və Azercell-də də real olaraq işləyən süni intellekt əsaslı həllər tətbiq edilir:
 
"Məlumat üçün bildirim ki, əvvəllər ASAN-nın, Baş Prokurorluğun, Ali Məhkəmənin və s. bir çox qurumların da süni intellekt əsaslı layihələrinin olacağı haqqında mesajlar verilmişdir.
 
Lakin hazırda bu layihələr haqqında ağlabatan bir məlumatlar əldə etmək mümkün deyil.
 
Yeri gəlmişkən, hazırda Azərbaycanda süni intellekt sahəsində RİNN-in AİLab və İqtisadiyyat Nazirliyinin 4SİM qurumları, Elm və Təhsil Nazirliyinin İS və İT İnstitutları, ADA və AzTU və bir neçə şirkətlər məşğuldur".
 
Osman Gündüz bildirib ki, süni intellekt sahəsi üçün vacib olan, hamı üçün əlçatan olan təkmil bir Dil Korpusu indiyədək mövcud deyil:
 
"Milli Dil Korpusunun yaradılması ilə AMEA-nın Dilçilik İnstitutu, Elm və Təhsil Nazirliyinin İS (keçmiş Kibernetika) və İnformasiya Texnologiyaları İnstitutunun birgə iş apardığı bildirilsə də hələlik ortada heç nə yoxdur.
 
Bildiyim qədər hazırda ölkədə süni intellekt sahəsindəki həllər və tədqiqatlar üçün hamıya əlçatan olan, dövlət və özəl sektorun, elmi-tədqiqat sahəsinin bəhrələnməsi üçün vacib olan Superkompüter Mərkəzinin formalaşdırılmasına da start verilib.
 
Azərbaycanda iki qurum, RİNN və İqtisadiyyat Nazirliyi süni intelelktin, data sahəsinin inkişafı ilə bağlı konseptual sənəd layihəsi hazırladıqlarını açıqlasalar da, onunla bağlı da hələlik real olaraq ortada heç nə yoxdur.
 
İki il öncə RİNN və Mərkəzi Bank arasında süni intellekt sahəsində ixtisaslaşan startap və şirkətləri ölkəyə cəlb etmək məqsədilə Süni İntellekt Alyansı formalaşmışdı, lakin hələlik real işlər görünmür" .
 
Sonda ekspert ümid edir ki, İRİA-nın yeni rəhbərliyi və 4SİM süni intellektin inkişafı sahəsindəki səylərini gücləndirəcəklər.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət qurumları hansı süni intellekt layihələri təqdim edib? - Təhlil

03-10-2025

Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

13-02-2024

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025

İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”ndə süni intellekt tətbiq olunacaq

05-03-2025

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025

Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

27-03-2024

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025

Süni intellekt əsaslı informativ elektron resurs yaradılacaq

23-09-2025

Elm və Təhsil Nazirliyi süni intellekt kursunu dəyişmir - Ekspert

10-07-2025

Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

13-09-2025

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025

Dövlətə məxsus datalar nə zaman biznes üçün, universitetlər və tədqiqatlar üçün əlçatan olacaq?

17-01-2024

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026

Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

15-01-2026

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025

“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

25-01-2025

Anar Əliyev: Süni intellekt sosial məsələlərdə yeni imkanlar yaradır

24-10-2025

Rasim Əliquliyev: “Əsas vəzifələrimizdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır”

10-04-2023

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024

Ermənistanda süni intellekt nazirliyinin yaradılması planlaşdırılır

11-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə