Hindistan və “SpaceX”in birgə kosmik missiyası yenidən təxirə salınıb

11-06-2025 / 16:08

Hindistan Kosmik Agentliyi və “SpaceX” şirkəti iyunun 11-də bildiriblər ki, onların Beynəlxalq Kosmik Stansiyaya (BKS) dörd ekipaj üzvünü daşıyan “Axiom-4” birgə kosmik missiyası texniki nasazlıq səbəbindən yenidən təxirə salınıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) sədri V. Narayanan “Falcon 9” daşıyıcı raketinin gücləndirici mərhələsinin performansını yoxlamaq üçün yeddisaniyəlik sınaq keçirildiyi barədə məlumat verib. O deyib: “Sınaq zamanı hərəkət bölməsində LOX (qaz konsentratı) sızmasının aşkar edildiyi anlaşıldı. ISRO komandasına daxil olan “Axiom” və “SpaceX” mütəxəssisləri ilə bu mövzuda müzakirə əsasında buraxılış üçün sızıntının aradan qaldırılması və lazımi yoxlama testinin aparılması qərara alınıb. Buna görə də iyunun 11-nə planlaşdırılan “Axiom 04”ün buraxılışı təxirə salınıb”.

İlon Maskın “SpaceX” şirkəti isə bildirib ki, “Falcon 9” raketi vasitəsilə “Axiom 4” missiyası NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindəki start meydançasından Beynəlxalq Kosmik Stansiyaya buraxılmalı idi. Amma “SpaceX” komandası tərəfindən aparılan stasionar yoxlama zamanı müəyyən edilmiş LOX sızıntısını təmir etmək üçün əlavə vaxt tələb olunur.

“Space X”in məlumatına görə, missiyanın ekipajı insan tədqiqatları, Yerin müşahidəsi, həyat, biologiya və material elmlərinə yönəlmiş 60-dan çox elmi təcrübə keçirəcək.

NASA bildirib ki, bu agentliyin keçmiş astronavtı və “Axiom Space”də kosmosa insan uçuşu üzrə direktor Peqi Uitson kommersiya missiyasına rəhbərlik edəcək, ISRO astronavtı Şubhanshu Şukla isə pilot kimi fəaliyyət göstərəcək. Missiyanın daha iki mütəxəssisi Avropa Kosmik Agentliyinin layihə astronavtı polyak Słavoş Uznanski-Vişnevki və macarıstanlı Tibor Kapudur.

Bu kosmik missiya hava şəraiti ilə əlaqədar bir gün əvvəl də təxirə salınıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə