“AzInTelecom” MMC-nin “Azcloud Hökumət Həlləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası” və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” üzrə dəyirmi masalar davam edir.
MMC-dən Xeberler.az-a bildirilib ki, bu həftə “Hökumət buludu”na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Sənaye Korporasiyası, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə görüş təşkil olunub.
Görüşdə “Hökumət buludu Konsepsiyası”na aid istismar qaydaları, normativ əsaslar, standartlar və informasiya təhlükəsizliyi barədə iştirakçıların sualları cavablandırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri