“HP” 6 minədək iş yerini ixtisar edəcək

26-11-2025 / 13:05

“HP” şirkəti süni intellektin geniş tətbiqi sayəsində 6 minədək iş yerini ixtisar etməyi planlaşdırır. Bu şirkətin əməkdaşlarının təxminən 10 faizinə bərabərdir.

Xeberler.az məlumat verir ki, ixtisarların 2028-ci ilədək tamamlanacağı gözlənilir. “HP” şirkətinin baş direktoru Enrike Loresin sözlərinə görə, atılan addımlar üç il ərzində 1 milyard dollar vəsaitə qənaət etməyə imkan verəcək. İxtisarlar əsasən istehsalat, idarəetmə və müştəri xidmətləri sahələrini əhatə edəcək.

“HP” ilin əvvəlində də 2 minədək iş yerinin ləğv ediləcəyini açıqlamışdı. Ötən ilin oktyabrına olan məlumata görə, şirkətdə təxminən 58 min əməkdaş çalışır.

Son maliyyə rübündə şirkətin gəlirləri 3 faiz artaraq 55,3 milyard dollara yüksəlib, mənfəət isə 9 faiz azalaraq 2,5 milyard dollar təşkil edib.

Xatırladaq ki, son aylarda ABŞ-ın texnologiya sektorunda bir sıra şirkətlər süni intellekt tətbiqləri fonunda iş yerlərini azaldırlar. Oktyabr ayında “Amazon” şirkəti 14 minədək inzibati vəzifənin ixtisar ediləcəyini açıqlamışdı.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə