“HP” şirkətinin keçmiş rəhbəri ABŞ prezidentliyinə namizəd olacaq

05-05-2015 / 15:01

"Hewlett-Packard” (HP) şirkətinin keçmiş baş direktoru və Respublikaçılar Partiyasını təmsil edən siyasətçi Karli Fiorina ABŞ prezidentliyinə namizəd olacağını açıqlayıb.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, o, bu fikri “ABC News” telekanalında veriliş zamanı səsləndirib.  

“Bəli, mən prezidentliyə namizədliyimi irəli sürməyi düşünürəm. Hesab edirəm ki,  bu vəzifəyə ən yaxşı namizədəm, çünki iqtisadiyyatın əslində necə işləməsini bilirəm. Mən dünyanı, insanları və dünyanın necə işləməsini anlayıram”, - siyasətçi qeyd edib.   

Beləliklə, K.Fiorina Respublikaçılar Partiyasını təmsil edən ilk qadın namizəd olub.  

Altmış yaşlı K.Fiorina 1999-2005-ci illərdə ABŞ-ın böyük "Hewlett-Packard” şirkətinə rəhbərlik edib və ölkənin nüfuzlu iş adamlarından biri hesab edilib. O, 2008-ci ildə ABŞ prezidentliyinə namizəd senator Con Makkeynin iqtisadi məsələlər üzrə müşaviri işləyib, 2010-cu ildə Kaliforniyadan ABŞ Senatına seçkilərdə iştirak edib, lakin demokrat Barbara Bokserə məğlub olub.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə