10 nüvəli Prosessor MediaTek istehsal olunacaq

14-05-2015 / 11:18

MediaTek ilk dəfə 2013-ün əvvəllərində 8 nüvəli mobil prosessoru istehsal edəndə Qualcomm buna sadəcə vaxt itkisi demişdi, amma bir neçə vaxtdan sonra bu prosessor çox populyarlaşdı və flaqman telefonlarda istifadə olundu. Bundan sonra Qualcomm öz 8 nüvəli prosessorunu üzə çıxartdı.

Xəbərlər-ə verilən  məlumata görə, MediaTek  indi isə Helio X20 adında deca-core, yəni 10 nüvəli prosessor istehsal etmək niyyətindədir.

Yeni prosessorda 10 nüvədən 2-si 2.5 GHz Cortex-A72, 4-ü 2 GHz Cortex-A53 və qalan 4 nüvə isə 1.4 GHz Cortex-A53 olacaq. Buradan da göründüyü kimi Helio X20 Helio X10-dan 2 Cortex-A72 qədər güclüdür, amma qalan 8 nüvə orta sürətli prosessorlardır.

İsmayıl İsmayılov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə