Previous Next
Bağla

Mobil rabitə xidmətləri üzrə aparılan monitorinqin nəticələri açıqlanıb

01-06-2015 09:58
Mobil rabitə xidmətləri üzrə aparılan monitorinqin nəticələri açıqlanıb

 “Bakı 2015” I Avropa Oyunlarına hazırlıqla əlaqədar istifadəçilərin yüksəkkeyfiyyətli mobil telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə  respublikamızda fəaliyyət göstərən  mobil rabitə operatorlarının xidmət keyfiyyətinin monitorinqi aparılıb.

Monitorinq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sifarişinə əsasən ABŞ-ın bu sahədə ixtisaslaşmış “Global Wireless Solutions”  şirkəti tərəfindən həyata keçirilib.

RYTN-dən Xeberler.az-a verilən məlumata görə, I Avropa Oyunlarının rabitə xidmətləri ilə təminatına dair  Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  keçirilən geniş toplantıda çıxış edən “Global Wireless Solutions”  şirkətinin nümayəndəsi Azərbaycanın mobil rabitə şəbəkələrində aparılan test-monitorinq işlərinin nəticələri barədə məlumat verib. Belə ki, test işlərinin aparılmasına aprel ayının əvvəlindən başlanaraq may ayının 14-dək  davam etdirilib.

Bakı şəhəri ərazisində, o cümlədən  yarışların keçiriləcəyi idman komplekslərində, insanların çox toplaşdığı müxtəlif məkanlar üzrə mövcud daxili şəbəkələrdə, Bakı və Mingəçevir şəhərləri arasında magistral avtomobil yollarında aparılan test işləri əsasən şəbəkələrin əhatə dairəsi, şəbəkəyə giriş imkanlığı və xidmətlərin dayanıqlığı, səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, birgə şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyaları üzrə istifadəçilərə göstərilən xidmət səviyyəsi ölçülmüş və yekun hesabat hazırlanıb.

 Alınmış nəticələrə görə, respublikanın mobil rabitə şəbəkəsinin və göstərilən xidmətlərin keyfiyyəti ümumilikdə qənaətbəxş hesab edilib. Səs mübadiləsi üzrə əldə olunan məlumatlar beynəlxalq səviyyə ilə müqayisə edilmiş və müəyyən edilmişdir ki, operatorların bu imkanları orta hesabla 98 faiz, şəbəkənin etibarlılığı isə 96 faiz təmin olunub.

Bakı şəhərində, eləcə də Mingəçevir şəhərində şəbəkəyə çıxış imkanı və şəbəkənin etibarlılığı məqbul səviyyədədir. Test işləri zamanı sinxron səs, məlumatların yüklənməsi, şəbəkənin gücü  üzrə də yoxlamalar aparılmış və nəticə operatorlar üzrə müqayisə edilib.

Bununla belə, “Azercell”, “Bakcell” və “Nar” mobil operatorlarının fəaliyyətində bir sıra çatışmazlıqların olduğu da müəyyənləşdirilib. Belə ki, “Gəzinti testi” (Walk Test), “Nəqliyyat testi” (İn-Vehicle) və “Qapalı məkan testi” (İnBuildinq Test) zamanı şəbəkədəki mövcud səs, məlumat ötürmə, danışıqlardakı kəsintilər, zənglərin çağrı müddətləri, əhatə dairəsi, keyfiyyət göstəriciləri və s. üzrə bir sıra çatışmazlıqlar qeydə alınıb.

 Monitorinqin nəticələri hər 3 mobil operatorun nümayəndələrinin iştirakı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində geniş müzakirə edilib, hesabatda qeyd olunan texniki problemlərin qısa müddət ərzində aradan qaldırılması üçün mobil operatorlara müvafiq tapşırıqlar verilib.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı  qərargah yaradılıb

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı qərargah yaradılıb

31-10-2015
I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

29-05-2015
Azərbaycanda mobil operatorların işi yoxlanılacaq

Azərbaycanda mobil operatorların işi yoxlanılacaq

06-04-2015
Mobil zəng xidmətləri testlərinə əsasən, Nar şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi

Mobil zəng xidmətləri testlərinə əsasən, Nar şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi

13-11-2017
Mobil operatorların xidmətlərinin keyfiyyəti yenidən yoxlanılacaq

Mobil operatorların xidmətlərinin keyfiyyəti yenidən yoxlanılacaq

02-03-2015
RYTN  mobil operatorlara xəbərdarlıq etdi

RYTN mobil operatorlara xəbərdarlıq etdi

29-05-2015
Mehmanxanalarda İnternetin keyfiyyəti monitorinq olunub

Mehmanxanalarda İnternetin keyfiyyəti monitorinq olunub

10-06-2015
NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

NRYTN “AVRO-2020” çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır

11-06-2021
AzInTelecom ilə Belarusiya arasında müqavilə imzalanıb

AzInTelecom ilə Belarusiya arasında müqavilə imzalanıb

05-12-2019
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

18-06-2021
İlk Avropa Oyunlarının   texnoloji infrastrukturu necə olacaq?

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015
İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

28-04-2017
Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017
RYTN   Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

RYTN Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

17-06-2016
Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

03-11-2015
Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018
“Mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqlərin nəticələri açıqlanmalıdır”

“Mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqlərin nəticələri açıqlanmalıdır”

15-07-2015
Nar ötən il yüksək nəticələr əldə edib

Nar ötən il yüksək nəticələr əldə edib

12-01-2018
Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019
Nar şəbəkəsi Bakı Formula yarışlarına hazırdır

Nar şəbəkəsi Bakı Formula yarışlarına hazırdır

23-04-2018
Nar-ın müştəri loyallığı indeksi açıqlandı

Nar-ın müştəri loyallığı indeksi açıqlandı

13-08-2018
“3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”

“3G və 4G şəbəkəmizi əhəmiyyətli dərəcədə genişləndirdik”

03-05-2018
Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019
Nazirlik Bakcell-i  fəxri fərmanla təltif etdi

Nazirlik Bakcell-i fəxri fərmanla təltif etdi

07-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə