“İçəri Şəhər”in rəsmi saytı istifadəyə verilib

29-12-2009 / 16:16

“İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin www.icherisheher.gov.az ünvanında rəsmi internet resursu istifadəyə verilib. Müntəzəm qaydada yenilənən xəbərlər bölməsində Bakı Qalasında keçirilən tədbirlər və hadisələr haqqında məlumatlar yerləşdirilir.

Saytda Qoruq ərazisindəki abidələr, onların tarixi, turistik marşrutlar, muzeylər, mehmanxanalar, eləcə də restoranlar barədə ətraflı məlumat əldə etmək olar.

yazır. Resursun səhifələrində “İçəri Şəhərin” dünəni və bu gününü əks etdirən fotoşəkillər, rəsmlər və videomateriallar yerləşdirilib. Bundan əlavə www.icherisheher.gov.az saytında Qoruğun işini tənzimləyən normativ sənədlərlə də tanış olmaq mümkündür.

Həmçinin burada istifadəçilərlə əks əlaqə imkanı yaradılıb. Gələcəkdə resursun xarici dillərdə versiyalarının işlənib hazırlanması planlaşdırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə