Previous Next
Bağla

"İKT güzəştlər" paketi sektora necə təsir edəcək?-EKSPERT ŞƏRHİ

20-12-2022 21:27
"İKT güzəştlər" paketi sektora necə təsir edəcək?-EKSPERT ŞƏRHİ
Məlumat verdiyimiz kimi, Milli Məclisin dünən və bu gün keçirilən iclaslarında Azərbaycanın İKT sektoru ilə bağlı müzakirələr aparılıb və bu sahənin inkişafı üçün vacib təkliflər irəli sürülüb.
 
Təkliflər siyahısında gələn ildən ölkəmizdə İT sektorda çalışan şirkətlər və mütəxəssislər, o cümlədən xarici vətəndaşlar ciddi güzəştlər əldə edəcəyi ilə bağlı da müzakirələr var.
 
"Görünür ki, hökumət son illərdə ölkə daxilində İKT sektorda mövcud olan durğunluğu aradan qaldırmaq və sürətli inkişafa nail olmaq, həm də regionda baş verən relokasiyadan faydalanmaq istəyir. Təəssüf ki, regionda relokasiyanın ilkin mərhələsi artıq başa çatıb və müharibə bölgələrindən miqrasiya edən İT mütəxəssislərin çoxusu qonşu ölkələrdə məskunlaşıblar".
 
Bunu Xeberler.az-a təklifləri şərh edərkən Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Onun sözlərinə görə, bu güzəştlər yaxın perspektivdə İT biznes mühiti xeyli inkişaf etdirəcək:
 
"İstənilən halda, artıq bizdə də gələn ildən İT sektorda çalışmaq istəyən xaricilərdən iş icazəsi tələb olunmayacaq. Beləliklə, hazırda Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə müzakirəyə çıxarılan bir çox qanun layihələrində İKT sektorun inkişafı üçün vergi, sosial, gömrük və miqrasiya ilə bağlı ciddi dəstək nəzərdə tutulub. Güzəştlər 10 il müddətinə nəzərdə tutulur. Düşünürəm ki, bu güzəştlərin tətbiqi Azərbaycanın İKT mühitini xeyli cəlbedici edəcək. Yaxın perspektivdə İT biznes mühiti xeyli inkişaf edəcək. Güzəştlər yeni İT şirkətlərin formalaşmasını sürətləndirəcək. İKT sektorunda, xüsusilədə proqram təminatı sektorunda, İT kadr hazırlığı sahəsində ciddi inkişafı proqnozlaşdırmaq, bu sahədə eksportun artacağını gözləmək olar. Ümumiyyətlə isə, bu güzəştlərlə yaxın bir neçə ilə Azərbaycanda ÜDM-də İKT-nin payı az da olsa yüksələcək. Hazırda isə bu sahədə ölkəmizdə vəziyyət qonşu ölkələrlə müqayisədə xeyli geridədir".
 
Ekspert hesab edir ki, hökumətin "İKT güzəştlər" paketi gecikmiş də olsa çox əhəmiyyətli addımdır, tez bir zamanda bu güzəştlərin tətbiqinə başlamaq, bu sahədə informasiyalı mühit formalaşdırmaq doğru olardı
 
"Yeri gəlmişkən, ciddi "İKT güzəştlər" paketinin hazırlanması və qəbul ediləcəyi ilə bağlı mesajlar uzun müddət müzakirə olunsa da məhz indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) rəhbərliyi dövrünə təsadüf etməsi də diqqət cəlb edəndir",-deyə Osman Gündüz vurğulayıb.
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkəmizə cəlb ediləcək əcnəbi İT mütəxəssisləri nə gözləyir?-ŞƏRH

13-01-2023

Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

18-05-2023

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

“Startaplar Dövlət Vergi Xidmətindən qaçır”-Səbəb

17-10-2023

Qurumların İKT təminatına ayrılan vəsait səmərəli istifadə olunur?

22-05-2018

İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

27-12-2022

Milli Məclis: Niyə İKT sahəsinə güzəştlər təklif etməmişik?

19-12-2022

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015

Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

30-12-2016

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021

Nazir müavini: "Azərbaycanda İKT sahəsində ciddi mütəxəssis qıtlığı var"

19-12-2022

Azərbaycanda milli informasiya təhlükəsizliyini təmin edəcək qurum yaradılacaq

10-12-2008

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

18-08-2016

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022

Bu gün “İKT-də Qızlar” Günüdür

23-04-2020

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Dil məsələləri ilə bağlı Qaynar xətt yaradılacaq

31-03-2015

"Azərbaycan İKT sahəsində ən əlverişli vergi mühitinə sahib ölkə olacaq"

20-12-2022

YAP-ın deputatlığa namizədlər siyahısında İKT sahəsinin təmsilçisi də var

16-09-2015

Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015

Xeberler.az yeni dizayn və yeni baş redaktorla fəaliyyətə başlayıb

24-11-2014

Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

19-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə