Previous Next
Bağla

Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

18-05-2023 14:16
Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?
Nə üçün güzəştlərdən bəhrələnənlərin adları gizli saxlanılır?
 
Ötən ilin sonu Prezident İKT sektorunda inkişafa ciddi təkan verəcək bir sıra yeni sənədlər imzalayıb.
Onlardan biri və ən əhəmiyyətlisi də texnoparka rezidentlik statusu alan hüquqi və fiziki şəxslərlə bağlıdır. Belə ki, bu statusu alanlar 10 il müddətinə vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar, sosial sığorta haqqları ilə bağlı ciddi güzəştlər verilir. Texnoparkdan kənar fəaliyyət göstərən əcnəbi mütəxəssislərə iş icazəsinin alınması da tələb olunmur.
Düşünürəm ki, güzəştlərin şamil olunduğu İT şirkətlərin fəaliyyət istiqaməti xeyli məhdud (sistem inteqrasiyası və proqram təminatı istehsalı) olsa da qəbul olunan sənədlər sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, uzun müddətdən bəri gözlənilən bu güzəştlərin qəbulu istiqamətində RİNN-in apardığı sistemli işlər də diqqət çəkən olub. Görəsən Prezidentin bu fərmanı necə icra olunur, indiyədək bu güzəştlər kimlərə şamil olub, proses necə baş verir?
 
Qısa bir araşdırma ilə müəyyən etmək olar ki, bu sahədə səlahiyyətli qurum olan RİNN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi cəmi bir dəfə bir neçə şirkətə texnopark rezidentliyi statusu Şəhadətnaməsinin verilməsi haqqında qısa bir məlumat paylaşıb. Status alan şirkətlərin adları açıqlanmayıb. Vəssalam. Hələlik bununla bağlı başqa məlumat tapmaq mümkün deyil.
 
Ümumiyyətlə, düşünürəm ki, bu güşətlərin tətbiqi ilə bağlı İRİA tərəfindən apsrılan işləri heç bir halda yetərli hesab etmək olmaz.
 
Onsuz da biz bu sahədə bir xeyli ləngimişik. Gərək ki, İRİA güzəştlərdən bəhrələnlərin sayının artması üçün ciddi işlər aparsın. Təəssüf ki, bu sahədə hələlik şəffaflıq da yetərli deyil.
 
Maraqlandığım iddiaçıların heç bilri bilmir ki, proses necə təşkil olunur, meyarlar nədir, kimlərə şamil olunur, qərarlar necə qəbul edilir, kimlər iştirak edir?
 
Düşünürəm ki, İRİA -nın bu prosesin təşkilinə maraqlı tərəfləri cəlb etməsi, prosesi şəffaf qurması, qəbul edilən müraciətlər, güzəştlərdən bəhrələnlər və imtinalarla bağlı ətraflı məlumatlar verməsi çox vacibdir.
 
Ümid edirəm RİNN və İRİA qərarların qəbulu prosesinin şəffaf və maraqlı tərəflərin iştirakı ilə qurulmasına, hesabatlılığın təmin edilməsinə diqqəti artıracaq.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

01-03-2023

Ölkəmizə cəlb ediləcək əcnəbi İT mütəxəssisləri nə gözləyir?-ŞƏRH

13-01-2023

Texnologiyalar parkına rezidentlik nə qazandırır?

10-02-2023

Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

15-12-2023

Hansı İT şirkətlər bütün vergilərdən azad edilib ?

29-12-2023

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025

“Startaplar Dövlət Vergi Xidmətindən qaçır”-Səbəb

17-10-2023

"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

18-09-2025

İRİA "texnopark rezidentləri" müzakirəsinə dövlət qurumlarını da dəvət etməyib - Ekspert

20-12-2025

Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

10-01-2025

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

02-10-2024

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023

Rəqəmsal Məcəllədən nə xəbər var ?

15-01-2024

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023

"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

23-12-2022

Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik verilən şirkətlərin sayı açıqlanıb

25-05-2023

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025

Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

24-02-2025

Startap Şəhadətnamələrinin verilməsi nə üçün ləngiyir ?

26-09-2019

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023

2023-cü ilin yekunu və yaddaqalan hadisələr

28-12-2023

İKTA hesabat verib

09-04-2024

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" dəyişib

12-08-2025

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə