Previous Next
Bağla

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021 20:27
İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

“Son günlər ölkənin nəqliyyat sektorunun idarəetməsində ciddi islahatlar aparılır. Korporativ idarəetməyə hazırlıq görülür, yeni tənzimləmə mexanizmləri yaradılır”.

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 

Onun fikrincə, yaxın zamanlarda  telekommunikasiya və internet təminatı sahəsində də ciddi islahatların aparılacağını güman etmək olar. 

Rəşad Nəbiyevin nazir təyinatı zamanı bu istiqamətdə ilkin rəsmi mesajlar da verildiyini xatırladan O.Gündüzün sözlərinə görə, “Aztelekom” və “Baktelekom” kimi nəhəng dövlət operatorlarının, sektordakı digər kommersiya ilə məşğul olan dövlət MMC-lərin Holdinq idarəetməsinə verilməsindən sonra sektorda tənzimləyici dövlət qurumunun yaradılması qaçılmazdır.

“Bildiyim qədər NRYTN-da İKT sektorunun, bütövlükdə rəqəmsal sektorun  inkişafı üçün daha münbit şəraitin yaradılması, daha effektiv və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması  üçün ciddi işlər aparılır. Dünya təcrübəsində, elə qonşu ölkələrin təcrübəsində müxtəlif tənzimləmə formalarından istifadə ilə bağlı uğurlu nümunələr var.

Ümid edək bizdə də İKT sektorunun inkişafı üçün daha çevik və effektiv mexanizmlərə söykənən, daha müstəqil olan və kommersiya maraqları olmayan tənzimləyici dövlət qurumu formalaşdırılacaq”.

Ekspert düşünür ki, hazırda ölkədə rəqəmsal transformasiya sahəsində  yeni yanaşmalar ortaya qoyulmalıdır. 

“Bununla bağlı ilk növbədə konseptual bir sənədə, “Rəqəmsal Azərbaycan” Konsepsiyasına, Yol Xəritəsinə ehtiyac var. Təəssüf ki, hazırlanması ilə bağlı uzun müddət öncə göstərişlər verilsə də bir sıra digər konseptual sənədlər, “İnnovasiyaların inkişafı strategiyası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Konsepsiyası”, “Elektron hökumətin inkişafı” dövlət proqramı, Regional elektron hokumət Konsepsiyası və s. sənədlərin layihələri hələlik ortaya çıxarılmayıb”.

Bu istiqamətdə daha çox ləngimələr müşahidə olunduğunu deyən AİF prezidetni qeyd edib ki, digər ölkələr, qonşu ölkələr də yatmayıblar və bu istiqamətdə çalışırlar:

“Düşünürəm ki, ölkədə rəqəmsal transformasiyaya təkan verə biləcək addımları sürətləndirmək çox vacibdir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022

Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

19-06-2019

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009

Osman Gündüz: Ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər var

13-09-2021

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

06-02-2021

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

09-05-2021

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022

Ağıllı şəhər və kənd" layihələrini kim icra edəcək? – RƏY

10-02-2021

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022

Osman Gündüz: İKT bazarında o zaman uğur əldə etmək olar ki, burada azad rəqabət olsun

31-03-2013

İnnovasiyalar sahəsində kordinasiya səlahiyyəti kimdədir?

31-05-2019

Milli Telekommunikasiya Şurası nə vaxt yaradılacaq?

14-02-2018

İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

29-01-2018

İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

28-03-2018

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019

ADSL texnologiyasına dövlət vəsaiti xərcləmək olarmı?

31-05-2019

Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

16-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə