Previous Next
Bağla

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019 14:37
Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

Ötən gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində növbəti tədbir keçirilib. Ümid edirəm ki, bu tip tədbirlər İKT sektoru üçün də təşkil olunacaq. Xeberler.az bildirir ki, bu sözləri İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib. Ekspert bununla yanaşı bir sıra məsələlərə də aydınlıq gətirib:

"Son zamanlar Antiinhisar Dövlət Xidmətinin qərarlarından, İKT ilə əlaqəli beynəlxaq hesabatlardan, sektorda fəaliyyət göstərən biznes və ictimai qurumların da çıxışlarından aydın olur ki, telekommunikasiya və internet sektorunda biznes mühiti ilə bağlı ciddi problemlər var. Bununla bağlı bildiyim qədərilə provaydelərin əksəriyyəti ölkə rəhbərliyinə də rəsmi müraciətlər ediblər.

Strateji Yol Xəritəsində gələn il, 2020-ci ildə bu sektorda Müstəqil tənzimləyici qurumun – Milli Telekommunikasiya Şurasının yaradılması nəzərdə tutulub. Yəni Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tənzimləyici funksiyaları əlindən alınmalı və yeni yaradılacaq quruma - Milli Telekommunikasiya Şurasına (MTŞ) verilməlidir.  Hazırda sektorda bütün funksiyalar, kommersiya , tənzimləmə, idarəetmə və s. hamısı NRYTN-in əlində cəmləşib. Nazirlik də heç gizlətmədən, açıq-aşkar, öz qanuni kommersiya səlahiyyətlərindən istifadə edərək, elə özünə məxsus olan bütün tənzimləyici mexanizmlərini , sektordakı bütün dövlət resurslarını yalnız dövlət provayderləri və dövlət operatorlarının üstünlük qazanmasına yönəldib. Hazırda İT biznes sektoru bundan hədsiz əziyyət çəkir. NRYTN-nin da resursları yetərli olmadığından inkişaf ləngiyir.

MTŞ Prezident tərəfindən formalaşdırılmalı və üzvləri də Prezident tərəfindən təyin edilməlidir. Bu istiqamətdə dünyada müxtəlif modellər var. Qonşu ölkələrin də bir çoxunda artıq bu modellər tətbiq olunur. Bizdə hansı modelin tətbiq ediləcəyi, hansı səlahiyyətlər və vəzifələrin MTŞ-na veriləcəyi ilə bağlı müzakirələr aparılmır. Düşünürəm ki əgər Strateji Yol Xəritəsinnin bu bəndi həyata keçiriləcəksə ləngimədən bu istiqamətdə beynəlxalq ekspertlərin də iştirakı ilə müzakirələrin aparılması çox faydalı olar".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

19-06-2019
Milli Telekommunikasiya Şurası nə vaxt yaradılacaq?

Milli Telekommunikasiya Şurası nə vaxt yaradılacaq?

14-02-2018
 İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

28-03-2018
Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020
Strateji Yol Xəritələrinin icrasına dair hesabat niyə müzakirə olunmur?

Strateji Yol Xəritələrinin icrasına dair hesabat niyə müzakirə olunmur?

13-06-2019
Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018
  “İnternet xidmətlərinin keyfiyyəti  hədsiz dərəcədə pisləşib”

“İnternet xidmətlərinin keyfiyyəti hədsiz dərəcədə pisləşib”

30-03-2018
İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021
Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020
Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021
Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009
Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

30-12-2016
Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022
 İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

30-12-2016
Ekspert: Yeni yaranan Agentlik dövlət və özəl sektor üçün bərabər şərait yarada biləcəkmi ?

Ekspert: Yeni yaranan Agentlik dövlət və özəl sektor üçün bərabər şərait yarada biləcəkmi ?

12-10-2021
NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021
Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

15-05-2009
“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

06-02-2021
Strateji Yol Xəritəsi– Nə icra edilib, nə qalıb?

Strateji Yol Xəritəsi– Nə icra edilib, nə qalıb?

24-08-2018
Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021
Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

22-04-2020
Hansı rabitə müəssisələri özəlləşdiriləcək və RYTN ləğv oluna bilərmi?

Hansı rabitə müəssisələri özəlləşdiriləcək və RYTN ləğv oluna bilərmi?

21-01-2016
Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

Azərbaycanda İnternetin sürəti orta göstəricidən dəfələrlə aşağıdır

03-08-2019
DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

28-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə