Previous Next
Bağla

Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

30-12-2016 13:19
Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

Məlumat verdiyimiz kimi, bu gün Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.

Xəritədə ölkədə İKT-nin inkişafı ilə bağlı bəzi ciddi məqamlar yer alıb.

Görəsən, bu proqramda konkret nələr nəzərdə tutulub?. Müsbətə doğru hansı işlər həyata keçiriləcək?

Bunlarla bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbət etdik.

Osman Gündüz bildirib ki, Azərbaycanda İKT-nin inkişafına dair Strateji Yol Xəritəsində ekspertlər  tərəfindən verilən çoxsaylı Təkliflərin bir hissəsi öz əksini tapıb.

Onun sözlərinə görə, Yol Xəritəsində bu sektorda situasiyanı kəskin dəyişəcək təkliflər də yer alıb.

"Sənəddə artıq konkret qeyd edilib ki, yaxın 3 il ərzində Müstəqli Tənzimləyici qurum – Milli Telekommunikasiya Şurası yaradılacaq. Qeyd edim ki, bu istiqamətdə 10 ildən çoxdur müzakirələr davam edirdi. Amma bu günə qədər bu iş nədənsə ləngiyirdi. Nəhayət ki, qurumun yaradılması üçün artıq konkret vaxt qoyulub. Belə ki, Şura 3 il ərzində yaardılmalıdır. İKT sektorundakı bütün tənzimləmələr, lisenziyaların verilməsi, istehlakçıların mənafelərinin qorunması, bazarda qayda-qanun yaradılması , tariflər və bütün bu kimi məsələləri bu qurum həll edəcək. Şuranın rəhbəri və üzvləri Prezident tərəfindən müəyyən olunacaq. Gələn ildən artıq bu qurumun yaradılması üçün İşçi Qrup formalaşdırılacaq. Məsul icraçı qurum da Prezident Administrasiyasıdır. Elə təkcə bu bəndin reallaşması İKT mühitində çox şeyi dəyişəcək".

Osman Gündüz bu sahədə gözənilən ciddi dəyişiklikləri qeyd edib.

O, vurğulayıb ki, ilk növbədə Aztelekom MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və AzİnTelecom MMC kimi nəhəng qurumlar özəlləşdirilməyə çıxarılacaq. Bundan başqa, uzun illər müzakirə mövzusu olan TASİM –in Xəzər dənizinin altından keçən hissəsi güman ki, öz həllini tapacaq".

Osman Gündüz qeyd edib ki, daha bir backbone operatorun yaradılması nəzərdə tutulub (hazırda 2 provayder var):

"Hazırda hər istifadəçiyə düşən orta 3.6 Mbit/s sürət 2020-də 20 Mbit/s çatdırılacaq . Ölkə üzrə nəhəng fiber-optik və mobil genişzolaqlı (LTE) şəbəkə yaradılacaq”.

Osman Gündüzün sözlərinə görə, biznes subyektlərinin rəqəmsal mühitə keçidi üçün “rəqəmsal keçid planı” hazırlanacaq, rəqəmsal ödənişlər genişləndiriləcək:

“Ölkədə texnologiya üzrə təhsil səviyyəsinin artırılması, təhsil standartlarının təkmilləşdirilməsi, İKT sektorunda kadr potensialını gücləndirilməsi üçün “Texnoloji Təhsil Qrupu” yaradılacaq.Dövlət orqanların informasiya sistemləri üçün mərkəzləşdrilmiş infrastruktur yaradılacaq. Güman ki, bu, yeni yaradılan Data Mərkəz nəzərdə tutulub. Bundan əlavə,  Mobil Gov üzrə konsepsiya yaradılacaq. Dövlət qurumları arasındakı kağız vasitəsilə əlaqələr 2018-də tam elektrona keçəcək”.

Ekspert vurğulayıb ki, müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 585 milyon manat investisiya tələb olunur.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Milli Telekommunikasiya Şurası nə vaxt yaradılacaq?

Milli Telekommunikasiya Şurası nə vaxt yaradılacaq?

14-02-2018
 İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

28-03-2018
Strateji Yol Xəritəsi– Nə icra edilib, nə qalıb?

Strateji Yol Xəritəsi– Nə icra edilib, nə qalıb?

24-08-2018
Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019
Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

20-07-2018
 İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

30-12-2016
  “İnternet xidmətlərinin keyfiyyəti  hədsiz dərəcədə pisləşib”

“İnternet xidmətlərinin keyfiyyəti hədsiz dərəcədə pisləşib”

30-03-2018
Strateji Yol Xəritəsi necə icra olunur?-Monitorinq

Strateji Yol Xəritəsi necə icra olunur?-Monitorinq

12-09-2017
Azərbaycanda Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq

Azərbaycanda Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq

23-12-2016
Strateji Yol Xəritələrinin icrasına dair hesabat niyə müzakirə olunmur?

Strateji Yol Xəritələrinin icrasına dair hesabat niyə müzakirə olunmur?

13-06-2019
Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018
Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

19-06-2019
Azərbaycanda milli informasiya təhlükəsizliyini təmin edəcək qurum yaradılacaq

Azərbaycanda milli informasiya təhlükəsizliyini təmin edəcək qurum yaradılacaq

10-12-2008
Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020
Azərbaycanda İKT-nin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb

Azərbaycanda İKT-nin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb

30-12-2016
Strateji Yol Xəritəsində ən aşağı nəticə İKT-dədir

Strateji Yol Xəritəsində ən aşağı nəticə İKT-dədir

02-10-2017
Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

19-03-2018
Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022
Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021
Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009
Azərbaycanda yaradılacaq “Hökumət bulud” nəyə xidmət edəcək?

Azərbaycanda yaradılacaq “Hökumət bulud” nəyə xidmət edəcək?

05-01-2017
“Evlərə optik” layihəsinin icrası ləngiyir

“Evlərə optik” layihəsinin icrası ləngiyir

21-05-2013
İKT sahəsində Strateji Yol Xəritəsi müzakirə edilib-Foto

İKT sahəsində Strateji Yol Xəritəsi müzakirə edilib-Foto

14-04-2017
İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə