Previous Next
Bağla

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022 16:49
Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?
Bəlkə də 20 ildən çoxdur ki, İKT sektorunda tənzimləyici qurum məsələsi müzakirə predmetidir.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
"Ölkəmizdə İKT sektorunda tənzimləmə, nəzarət, uçot, idarəetmə və kommersiya səlahiyyətləri bir dövlət qurumunda cəmləşib. Qonşu ölkələrin əksərində bu tip problemlər uzun illər öncə öz həllini tapıb. Yəni, onlarda tənzimləməni ayrı qurum edir, siyasəti başqası formalaşdırır, kommersiya ilə özəllər məşğul olur və s.
Bizdə də belə bir qurumun yaradılmasının vacibliyi və fomalaşdırılması uzun illər bir çox dövlət proqramlarında, strategiyalarda nəzərdə tutulub, amma reallaşmayıb.
Nəhayət, bir il bundan öncə rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdiirlməsi ilə bağlı Prezident fərmanı qəbul edildi.
Bu fərman əsasında ilk dəfə olaraq sektorda tənzimləyici qurumun- İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin yaradılması nəzərdə tutuldu. Eyni zamanda bu fərmanla RİNN yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradıldı. Hər iki qurum uyğun sahələrdə uçot , nəzarət və tənzimləməni həyata keçirməlidir.
Amma üstündən bir il keçməyinə və adı çəkilən Agentliklərin müvafiq hüquqi sənədlərinin, Nizamnamələrin hazırlanmasına 2-3 ay nəzərdə tutulmasına baxmayaraq hələ də bu Agentliklərdən xəbər yoxdur.RİNN bu tip sənədlərin hazır olduğunu açıqlasa da görünən odur ki, qurumların formalaşması başa çatmayıb.
RİNN-in hazırladığı digər konseptual sənədlər kimi bu hüquqi sənədlərin də təsdiqlənməsi indiyədək reallaşmayıb.Sektordakı problemlər isə çoxdur və getdikcə də artmaqda davam edir. Sektorun bir çox sahələrində ciddi ləngimələr var.
Xüsusən də İKT sektorunda daha münbit şəraitin yaradılması və tənzimləmə sahəsində, xidmətlərin keyfiyyətinə nəzarət sahəsində, operatorlar və provayderlər arasındakı münasibətlər və dövlətə məxsus rabitə resurslarından effektiv istifadə sahəsində uzun illərin yığılımış problemlərinin həllini sürətləndirmək üçün RİNN səylərini gücləndirməlidir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

Ekspert: “Tezlik mənimdir, özüm bilərəm” dövrü başa çatdı

04-10-2022

İKT sektorunda Müstəqil Tənzimləyici Qurum nə vaxt yaradılacaq?

28-03-2018

Milli Telekommunikasiya Şurası nə vaxt yaradılacaq?

14-02-2018

Ekspert: Yeni yaranan Agentlik dövlət və özəl sektor üçün bərabər şərait yarada biləcəkmi ?

12-10-2021

“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

06-02-2021

Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

05-09-2022

İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

30-12-2016

Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?

11-10-2022

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

İKTA hesabat verib

09-04-2024

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024

Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

09-05-2021

Bu gün .az milli domeninin 30 yaşı tamam olur

25-08-2023

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022

Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

30-12-2016

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

Osman Gündüz: Kanalların HD formata keçidi nə üçün ləngidi?

29-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə