Previous Next
Bağla

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026 15:16
İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin poçt rabitəsi xidmətlərindən istifadəsi ilə bağlı 2026-cı ilin birinci rübü üzrə şikayət indeksi və şikayətlərin poçt rabitəsi operatorları tərəfindən orta cavablandırılma müddəti hesabatını dərc edib.

Xeberler.az biıdirir ki, hesabatda 2026-cı ilin yanvar – mart ayları ərzində “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi operatorlarına ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi əksini tapıb. Şikayət indeksi göstərilən xidmətlərin keyfiyyəti və operativliyinin qiymətləndirilməsini əks etdirən kompleks göstəricidir və hər bir poçt rabitəsi operatoru üzrə şikayətlərin xüsusi çəkisinin poçt göndərişlərinə görə bazar payına nisbəti əsasında hesablanır. Bu yanaşma operatorun bazardakı fəaliyyət həcmi ilə daxil olan şikayətlərin sayı arasındakı nisbəti müəyyən etməyə imkan verir. Şikayətlərin xüsusi çəkisi operator üzrə daxil olmuş şikayətlərin ümumi şikayətlərin sayına nisbəti, bazar payı isə həyata keçirilmiş poçt göndərişlərinin ümumi bazardakı poçt göndərişlərinin sayına nisbəti ilə müəyyən olunur. Eyni zamanda operatorların müraciətlərə operativ cavabvermə səviyyəsi “E-Şikayət” sistemi vasitəsilə təqdim edilən cavabların orta müddəti əsasında qiymətləndirilir. Məlumat mənbəyi “E-Şikayət” elektron sistemidir.

İKTA bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin və şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu, poçt sahəsində real mənzərəni müəyyən etməyə, tənzimləmə prosesini daha çevik həyata keçirməyə imkan yaradır.

Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. 2024-cü ilin aprel ayından etibarən “E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna da başlanılıb. Bu günə qədər
vətəndaşlardan adıçəkilən sistem vasitəsilə poçt rabitəsi xidmətləri ilə bağlı 2300-ə yaxın şikayət daxil olub. Agentlik poçt rabitəsi xidmətlərində çətinliklər yarandıqda istifadəçilərə ilk növbədə öz xidmət təchizatçılarının rəsmi əlaqə vasitələrinə müraciət etməyi, ehtiyac yarandığı təqdirdə isə “mygov” platforması üzərindən İKTA-nın “İstifadəçilərin öz internet servis provayderlərindən və mobil operatorlarından və poçt rabitəsi operatorlarından onlayn şikayət etməsi” xidmətindən (“E-Şikayət”) yararlanmağı məsləhət görür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

İKTA telekommunikasiyadan istifadə üzrə şikayət indeksini dərc edib

19-12-2024

İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

24-01-2025

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb

19-12-2024

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb

18-04-2025

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub

16-12-2024

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

29-01-2026

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

19-03-2026

İKTA internet xidmətləri üzrə şikayət indeksi hesabatını açıqlayıb

14-04-2026

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

İKTA poçt rabitəsi operatorlarına xəbərdarlıq edib

18-02-2025

İKTA-da İctimai Şura üzvləri ilə növbəti görüş keçirilib

02-04-2025

“E-Şikayət” sisteminə müraciətlər artmaqdadır

15-01-2024

İKTA-da poçt rabitəsi operatorları ilə görüş keçirilib

19-11-2025

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə