Previous Next
Bağla

İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

24-01-2025 11:35
İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ilin sonlarında “E-Şikayət” elektron xidmətini istifadəyə verib. Vətəndaşlar həmin elektron xidmət vasitəsilə xidmətlərindən narazı qaldıqları telekommunikasiya operator və provayderlərinə, həmçinin tənzimləyici quruma elektron hökumət portalı üzərindən real vaxt rejimində müraciət edə bilirlər.

Xeberler.az bildirir ki, 2024-cü ilin aprelindən “E-Şikayət”in əhatə dairəsi genişləndirilməklə poçt rabitəsi operatorları ilə bağlı müraciətlərin də qəbuluna başlanıb. 2024-cü il noyabrın 27-dən etibarən xidmətin mobil versiyası da istismara verilib. Belə ki, “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “ Google play ”dən və “APP store”dan “E-Şikayət”in mobil tətbiqini yükləmək imkanı əldə ediblər. Mobil tətbiqin istifadəyə verilməsi xidmətdən istifadənin miqyasını genişləndirməklə yanaşı, platformanı da daha əlçatan edir.

2025-ci il yanvarın 1-nə olan məlumata görə, “E-Şikayət”ə edilən müraciətlərin sayı 4500-ə çatıb. Onların 90,9%-i ilkin müraciət mərhələsində icra edilib, 6,5% civarında olan müraciətlər subyektlər tərəfindən icra mərhələsindədir. Yalnız müraciətlərin 2,6%-lik hissəsi vətəndaşların ilk icradan narazı qalması səbəbindən tənzimləyici qurumun araşdırmasındadır.

2024-cü ilin dekabrından etibarən telekommunikasiya sahəsində şəffaflığın təmin edilməsi və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə agentlik tərəfindən yeni layihənin icrasına başlanıb. Belə ki, artıq agentlik “E-Şikayət” sisteminə daxil olan müraciətlərin sayı və onun icra müddətini özündə əks etdirən abunəçilərin internet
xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksini və şikayətlərin ortalama cavablandırılma müddətini dərc edir. Təqdim edilən şikayət indeksi və şikayətlərin ortalama cavablandırılma müddəti 2024-cü ilin oktyabr-dekabr ayları (4-cü rüb) üzrə olmaqla, bazar payının 90%-ni təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb.

Bu hesabatdan başlayaraq agentlik həm də internet operator və provayderlərinin şikayət indeksi ilə bağlı dinamikasını da dərc edib. Belə ki, ötən rüb üzrə hesabatla cari hesabatın müqayisəsi aparılır və operator, yaxud provayderin sıralamada yerdəyişmə dinamikası müəyyən edilir.

Agentlik şikayət indeksinin və şikayətlərin ortalama cavablandırılma müddətinin dərcinin davamlı olacağını və geniş ictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir.

İKTA gələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindən tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadəni strateji məqsədlərindən biri
olaraq müəyyənləşdirib.

Beynəlxalq metodologiyaya uyğun olaraq, şikayət indeksi və şikayətlərin ortalama cavablandırılma müddəti telekommunikasiya operator və provayderlərinə daxil olan şikayətlər üzrə bazar payının onların abunəçilər üzrə bazar payına olan nisbəti kimi hesablanır.

Şikayət indeksi hazırlanarkən mənbə sənədi kimi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) indikatorların hazırlanması üzrə metodologiya və istifadəçi təlimatına, Uyğunluq Standartlarının Hesablanması qaydasına və Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanan şikayət indeksinə diqqət yetirilib.

Hər bir telekommunikasiya operator və provayderin şikayətlər üzrə bazar payı isə həmin qurum üzrə şikayət sayının ümumi şikayət sayına nisbətinə bərabərdir. Agentliyin rəsmi saytında şikayət indeksinin hesablanma qaydası da dərc edilib. Agentlik bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin və şikayətlərin ortalama cavablandırılma müddətinin hazırlanması zəruri addımdır. Bu, telekommunikasiya və poçt rabitəsi sektorunda real mənzərəni müəyyən etməyə, tənzimlənmə prosesini daha asan və tez həyata keçirməyə imkan yaradacaq.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA telekommunikasiyadan istifadə üzrə şikayət indeksini dərc edib

19-12-2024

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb

19-12-2024

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb

18-04-2025

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub

16-12-2024

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

İKTA internet xidmətləri üzrə şikayət indeksi hesabatını açıqlayıb

14-04-2026

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

18-05-2026

İKTA-da İctimai Şura üzvləri ilə növbəti görüş keçirilib

02-04-2025

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

29-01-2026

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA poçt rabitəsi operatorlarına xəbərdarlıq edib

18-02-2025

“E-Şikayət” sisteminə müraciətlər artmaqdadır

15-01-2024

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə