Previous Next
Bağla

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025 17:11
“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 2023-cü ilin noyabr ayında yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası artmaqdadır.

Xeberler.az bildirir ki, 2025-ci ilin yanvar ayından iyul ayının 1-nə qədər olan məlumata görə, “E-Şikayət” platformasına 2 883 müraciət daxil olub. Bu da gün ərzində orta hesabla 15 müraciət deməkdir. Həmin müraciətlərdən 2423-ü (84,02%) telekommunikasiya, 460-ı (15,98%) isə poçt rabitəsi sahəsi ilə bağlı olub. I yarımildə “E-Şikayət” sisteminə daxil olan şikayətlərin 95,46%-i cavablandırılıb.

Telekommunikasiya sahəsində (ümumilikdə 4 sahə – “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)”, “Mobil internet”, “Mobil rabitə” və “Telefon rabitəsi”), 93 operator və provayderin şəxsi kabinetinə şikayətlər daxil olub. Şikayətlərin 61,16%-i sabit internet xidmətlərini əhatə edir. Mobil rabitə barəsində olan şikayətlər 18,16%, telefon rabitəsi barədə olan şikayətlər 17,50% və mobil internet barəsində olan şikayətlər isə 3,18% təşkil edir.

Şikayətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılıb. “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)” üzrə ən geniş yayılmış “Xidmətin işləməməsi ilə bağlı” şikayətlərdir. Bu xarakteristikaya malik şikayətlər ümumi şikayətlərin 19,44%-ni əhatə edir. İkinci yerdə 11,64%-lə “Xidmətin keyfiyyəti ilə bağlı” şikayətlərdir. “Əməkdaşlardan və ya xidmətdən narazılıq” alt kateqoriyası üzrə şikayətlərin həcmi 10,32%-ə bərabər olmaqla ilk üçlüyü tamamlayır. Bu 3 xarakteristika üzrə daxil olan şikayətlər internet telekommunikasiya xidmətləri üzrə ümumi şikayətlərin 41,39%-ni təşkil edir.

Platforma üzərindən daxil olan şikayətlərin çoxluğuna görə “Mobil rabitə” kateqoriyası ikinci yerdə qərarlaşıb. Belə ki, vətəndaş şikayətləri daha çox “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (9,33%), “Operator dəyişdirmə (nömrədaşıma)” (2,19%), və “Tariflərlə bağlı şikayət” (1,73%) alt kateqoriyalarını əhatə edir.

“Telefon rabitəsi” sahəsi üzrə “Xidmətin işləməməsi ilə bağlı” (9,37%), “İnfrastrukturla əlaqədar” (1,57%) və “Tariflərlə bağlı” (1,49%) alt kateqoriyaları bu kateqoriya şikayətlərinin ilk üçlüyünü təşkil edir.

“Mobil internet” sahəsi üzrə şikayətlərdə “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (0,78%), “Tariflərlə bağlı” (0,78%) və “Xidmətin işləməməsi ilə bağlı” (0,41%) alt kateqoriyaları ilk 3 yeri tutur.

Şikayətlərin coğrafiyasına gəldikdə, 56,02% müraciət Bakı şəhərindən edilib. Eyni zamanda Abşeron – Xırdalan üzrə şikayətlərin payı 5,86%, Sumqayıt şəhəri üzrə 3,71%, Lənkəran rayonu üzrə 2,91%, Gəncə şəhəri üzrə isə 2,71% təşkil edib.

Belə ki, Agentliyə daxil olan şikayətlərin ümumilikdə 71,21%-i bu 5 ərazi vahidinin payına düşüb. Digər şəhər və rayonlar üzrə müraciətlər isə ümumi şikayətlərin 28,79%-ni təşkil edir.

2024-cü ilin aprel ayından etibarən “E-Şikayət” sistemi vasitəsilə poçt (karqo) rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna da başlanıb. Son 6 ayda bu istiqamətdə 460 müraciət daxil olub. Həmin müraciətlərin 86,96%-i sürətli poçt rabitəsi xidmətləri üzrə, 13,04%-i isə universal poçt rabitəsi xidmətləri üzrə olub. Müraciətlərin təhlili onu göstərir ki, “E-Şikayət” sisteminə daha çox kişilər müraciət edir.

Belə ki, ümumi şikayətlərin 77,35%-i kişilər, 22,65%-i isə qadınlar tərəfindən edilib. “E-Şikayət” üzərindən daxil olan şikayətçilərin gender bölgüsü haqqında da məlumat əhatə olunur. Belə ki, ümumi şikayətlərin 77,35%-i kişilər, 22,65%-i isə qadınlar tərəfindən edilib. Həmçinin telekommunikasiya sahəsində edilən şikayətlərin 82,71%-i kişilərə, 17,29%-i qadınlara məxsusdur. Poçt rabitəsi sahəsindəki şikayətlərə diqqət etsək görərik ki, burada qadınlar daha çox müraciət edir. Belə ki, qeyd edilən sahədə müraciət edənlərin 49,13%-i kişi olduğu halda 50,87% şikayətçi qadındır.

Ötən ilin noyabrında “E-Şikayət” sisteminin mobil tətbiqi istifadəyə verilib və 2025-ci ilin yanvar ayından iyul ayının 1-nə qədər olan məlumata görə, abunəçilərin ümumi şikayətlərinin 388-i, yaxud 13,46%-i bu üsulla müraciət edib. Mobil tətbiq üzərindən daxil olan müraciətlərin 90,98%-i telekommunikasiya, 9,02%-i isə poçt rabitəsi ilə bağlı olub. Mobil tətbiq vasitəsilə şikayət edənlərin 89,43%-i kişi, 10,57%-i isə qadınlardır.

Qeyd edək ki, internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin də təklifləri nəzərə alınmaqla təkmilləşdirilən “E-Şikayət” platformasında hər bir operator və provayderin şəxsi kabineti mövcuddur. İstehlakçılardan daxil olan şikayətlər birbaşa operator və provayderlərin şəxsi kabinetlərində əks olunur. Agentlik isə xidmət üzərindən prosesləri izləmək, təhlil etmək və müvafiq tədbirlər görmək imkanı əldə edir.

2023-cü ilin oktyabr ayında operator və provayderlər, 2024-cü ilin mart ayında isə poçt (karqo) rabitəsi operatorları tərəfindən xidmətdən istifadənin effektivliyinin artırılması üçün “E-Şikayət” elektron xidməti üzrə təlimlər keçirilib. Eyni zamanda “E-Şikayət” sistemi üzrə operator, provayderlər və poçt rabitəsi operatorları üçün təlimatlar hazırlanıb. İstehlakçılardan operator və provayderlərə ünvanlanmış şikayətlərin son statusunu izləmək üçün agentlik tərəfindən onlayn rejimdə mütəmadi yenilənən şikayətlərin izləmə sistemi qurulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb

18-04-2025

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub

16-12-2024

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

18-05-2026

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

İKTA telekommunikasiyadan istifadə üzrə şikayət indeksini dərc edib

19-12-2024

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

24-01-2025

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb

19-12-2024

İKTA: “E-Şikayət” ilə edilən müraciətlərin 45,8 faizi internetlə bağlıdır

13-04-2026

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

İKTA poçt rabitəsi operatorlarına xəbərdarlıq edib

18-02-2025

İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

29-01-2026

İKTA internet operator və provayderlərinin veb-saytlarını təhlil edib

21-06-2025

İKTA-da poçt rabitəsi operatorları ilə görüş keçirilib

19-11-2025

Nazirliyin Qaynar xətt-inə daxil olan şikayətlərin sayı açıqlanıb

22-01-2016

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

19-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə